Dövlət idarələrində çalışanların sayı niyə azalır?
Digərləri 10 Fev 2025 12:58:00 74 0
Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir.
Bu xəbəri də oxu: Bu tarixdə Bakıya QAR yağacaq
Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O bildirib ki, bu il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
"Muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır. Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb.
Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.
Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır",- paylaşımda qeyd edilib.
"Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə
Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə
Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı siyasini dəyişir.
ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı, yəni demokratlard
Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib.
Azərbaycanlı jurnalistlər Anar Tağıyev və Tural Tağıyevin atası rəhmə
Azərbaycanda kosmetologiya sahəsində fəaliyyət göstərən şəxslərin pe�
Opera və vokal ifaçısı Lətifə Soyuözün səhhətində problem yaranıb.
Azərbaycan kontekstində ümumi təhsilin əhatə dairəsi problemi, demək ola
Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliy
Azərbaycan Rusiyanın iqtisadi strategiyasında, xüsusilə ticarət və tranzi
Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.
İlon Mask - özünü texnoloji inqilabçı və messiya kimi təqdim edən milya