Vətənpərvərlik qrantla ölçülmür:


Siyasət 01 İyn 2023 11:32:00 159 0

Vətənpərvərlik qrantla ölçülmür:

Elçin Alıoğlu Trend

Vətən müharibəsindən sonra qələbəni bayram edənlərin arasında ifrat emosionallıq edənlər, qazilərdən artıq qazi kimi görünmək istəyənlər az deyildi. Sonra həmin şəxslərin bəziləri köpüklü vətənpərvərliklərini Laçın-Xankəndi yoluna apardılar və Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ekoloji fəalların aksiyasına qatıldılar. Yadınızdamı o aksiya?

138 gün ərzində onlarla vətəndaşımız yolda Vətənin daşına dönərək kəs olmayan kəsəklərin qarşısını aldılar. Onlar Ermənistandan Xankəndinə silah-sursat, əks istiqamətdə də erməni separatçıların yurdumuzun talan etdikləri təbii sərvətlərini daşımasına imkan vermədilər.

Sözün əsl mənasında, bütün dünya bu aksiyadan agah oldu və anladı ki, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniləri girov saxlayan terrorçu xuntanın qarşısını dinc piketlə almaq mümkündür.

Aksiya iştirakçıları yolu bağlamamışdılar - separatçıların radikalizm və aqressiya kitabını bağlamışdılar.

Amma bütün yaxşı işlərdə olduğu kimi, bu olayın da kölgələrində daldalanmaq, faydalanmaq istəyənlər olmalı idi, oldu da.

Həmin adamlar aksiyanı fürsət bilərək maraqlarını təmin etməyə çalışanlar, vətəndaşlığı Vətənin daşını evinin hasarına daşımaq istəyənlər idilər.

Cəmi bir gün və ya bir neçə saat aksiyaya qatılan, dərhal kameralar qarşısına keçərək "Mən də buradayam, unutmayın, nəzər alın" ismarıcı verənlər barədə hələ aylar əvvəl demişdim, yazmışdım və xəbərdarlıq etmişdim ki, bu insanlar mütləq sonradan səslərini qaldıracaq, Yurd davasını mədə davasına çevirməyə çalışacaqlar.

Səd heyf ki, belə də oldu - əslində, hadisələrin fərqli məcrada cərəyanı mümkün də deyildi.

İndi həmin adamlar Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin nəticələrindən narazılıq edirlər.

Ol şəxslər Bakıda Prezident Administrasiyası önündə toplaşaraq "etiraz"larını bildiriblər. Onların yarısı dövlət büdcəsindən qrant qismində ayrılmış vəsaitin azlığından, yerdə qalanı isə qrant almadıqlarından narazılıq ediblər.

Deyirlər ki, bəs Laçın-Xankəndi yolunda keçirilən, yolun o başında yeni Azərbaycan gömrük-keçid məntəqəsi tərəfindən ixtisar edilməsindən sonra başa çatan etiraz aksiyasında iştirak ediblər.

"Ermənilərin və rusların qarşısında durduq!" deyərək özlərini xəyallarında az qala Şuşa fatehləri, qazilər, ən "minimal" halda isə 44 günlük Vətən Müharibəsinin iştirakçıları hesab edən bu adamların narazılığının bəsit adı var: PUL DAVASI.

Bakıdakı "izhari-etiraz"da onların dedikləri də absurd təsiri bağışlayıb.

Qrant müsabiqəsi ilə Laçın-Xankəndi yolundakı dinc aksiya arasında heç bir əlaqə olmasa da, pul davası döyənlər həmin aksiyada "fəal iştirak" edərək dövlətə və millətə göstərdikləri sədaqətə görə mükafatlandırılmalı olduqlarını uca səslə deyiblər.

Məsələn, etirazçılardan biri - "Əsgər Ailələrinə Dəstək İctimai Birliyi"nin sədri Mətanət Əsgərqızı ərz edib ki, bəs onun təşkilatına Qarabağın əsas şəhəri olan Şuşa mövzusunda rəsm müsabiqəsi üçün cəmi 8000 manat ayrılmasından üzüldüyünü bildirib.

Bir daha oxuyun: rəsmi müsabiqəsinə 8 min ayrılıb, adam narazıdır.

Mətanət Əsgərqızı həmin layihə çərçivəsində nə etməyi düşünürdü ki? Olmaya Şuşada dünyaca məşhur Benksinin strit-art əsərləri nümayiş olunacaqdı? Yoxsa Əsgərqızı şəhərə Andrea Kouçu, Piter Doyqu, Antonio Finellini, Helen Flokhartı və ya Voysex Babskini dəvət edəcəkdi?

Xeyr. Mətanət Əsgərqızı ən yaxşı halda uşaqların, yeniyetmələrin və ya gənclərin çəkəcəkləri rəsmləri aparacaq Şuşaya, orada kiçik sərgi təşkil edəcək, çoxlu fotolar çəkdirəcək, sonra həmin fotoları çeşidli xəbər saytlarına yollayacaq. Ki, baxın, görün nə möhtəşəm işlər görürəm.

"Oraya ilk gedən biz olduq. Həftələrlə ruslarla, ermənilərlə üz-üzə olduq. İndi deyirlər ki, "utanmırsan ki, Şuşada olduğunu qeyd edirsən". Demirəm ki, sırf Şuşada olduğum üçün mənə 20 min manat verilsin, sadəcə olaraq, düşünürəm - həmişə dövlətinin yanında olan bu insanlara niyə etinasızlıq göstərilsin?", - M.Əsgərqızı deyib.

Başqa bir QHT rəhbəri, Laçın-Xankəndi yolundakı aksiyanın ilk günlərində əlindəki göyərçinlə sosial şəbəkələrdə memə və ironiya obyektinə çevrilən Tahirə Məmmədova da təşkilatına ayrılmış qrantın məbləğindən narazıdır.

"Layihəmiz üçün 15 min manat söz veriblər, ayırmayıblar. Şuşa şəhidindən bəhs edən filmə isə cəmi 6 min manat ayırıblar. Bu 6 min manat mənim üçün təhqir kimidir", - T.Məmmədova söyləyib.

İddianın merkantilliyi o həddədir ki, xanım şəhidlərin əziz xatirəsini yaşatmağın hər birimizin borcu olduğunun fərqinə varmaraq büdcə çəkişməsinə qapılır.

Dava pul davası olduğundan bəzi məqamları anlamaq əsla çətin deyil. Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin sonuclarına nəzər salsaq, maliyyə vəsaiti ayrılmayan və ya vəsaitin "gözlənti"dən az olduğu layihələrin keyfiyyətinin yüksə olması şübhəlidir. Bundan başqa, Laçın-Xankəndi yolundakı dinc aksiyana qatılmağın qrant müsabiqəsində iştirak və ələlxüsus da hansısa üstünlüklər, yaxud imtiyalazlarla əlaqələrdirilməsi ciddi suallar yaradır.

Həmin dinc aksiyanın təşkilatçısı Agentlik olmayıb - proses könüllü idi.

Və aksiya iştirakçıları total əksəriyyəti sonradan qrant istəyində olmayıblar, belə fikir ağıllarından da keçməyib.

Ən başlıcası isə qrant hədiyyə deyil, qrant layihə proqramında göstərilən fəaliyyətlərin icrası üçün verilir.

Agentlik mənsublarının dediklərinə görə, müsabiqəyə təqdim edilmiş layihələrin bir çoxunun keyfiyyəti, xüsusilə yazılış səviyyəsi aşağı olub.

İndi pul davası döyənlərsə anlamaq istəmirlər ki, müsabiqəyə qatılmaq orada mütləq qalib gəlməyi ehtiva etmir.

Sonuclardan narazılıq varsa, bunu Agenliyə müraciət edərək müzakirələr və araşdırmalarla çözmək olardı: küçəyə çıxıb aksiya keçirməksə bəhs etdiyim kimi, əsl pul davasını xatırladır.

Etirazçıların "biz Laçın-Xankəndi yolundakı aksiyada iştirak etdik" sözlərini əlahiddə şəst və aplobmla demələrinə gəldikdə isə, onlara bir daha anladım: aksiya dinc nümayiş idi. İndi şikayətlənənlər də nə döyüşlərdə iştirak etməyiblər, nə Şuşanı və ya Laçını erməni işğalçılarından xilas etməyiblər.

Sadəcə və sadəcə, dinc aksiyada qısamüddətli iştirak ediblər, vəssəlam.

Di gəl, səsləri o qədər "gur" çıxıb ki, Sevinc Osmanqızına, "Meydan TV"yə və bu kimi psevdobloqerlərlə saxta mediaresurslara çatıb, onlar da Laçın-Xankəndi yolunda keçirilmiş, 138 gün davam etmiş möhtəşəm aksiyanı öz əxlaqları və düşüncələri səviyyəsində yenidən "müzakirə" ediblər.

Vətən davasını pul davasına çevirmək, manipulyasiyalar etmək fikrinə düşmək heç yaxşı iş deyil.

Bunu edənlər əməllərindən xəcalət çəkirlərmi?

“AqroVest DC” şirkəti şəhid övladlarını sevindirib like
  • 01 İyn 11:30  
Digərləri “AqroVest DC” şirkəti şəhid övladlarını sevindirib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "

arrow Ətraflı
"Ziya Razinin telefonundan çılpaq şəkil və videolarını götürüb şantaj edib" like
  • 01 İyn 11:26  
Şou-biznes "Ziya Razinin telefonundan çılpaq şəkil və videolarını götürüb şantaj edib"

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Z

arrow Ətraflı
İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir like
  • 01 İyn 11:22  
Digərləri İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electron

arrow Ətraflı
Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı like
  • 01 İyn 11:19  
Şou-biznes Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziy

arrow Ətraflı
Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı like
  • 01 İyn 11:09  
Şou-biznes Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilikl

arrow Ətraflı
Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir like
  • 01 İyn 10:58  
Digərləri Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir

Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda d�

arrow Ətraflı
Azərbaycanda güclü külək məktəbin damını uçurub like
  • 01 İyn 10:47  
Digərləri Azərbaycanda güclü külək məktəbin damını uçurub

İsmayıllıda ötən günün ikinci yarısından başlayan külək sonradan gü

arrow Ətraflı
İranda TÜRKOFOBİYA like
  • 01 İyn 10:38  
Digərləri İranda TÜRKOFOBİYA

İranda möbvcud fars molla rejiminin ölkədə yaşayan xalqlara, xüsusən də

arrow Ətraflı
Balakən polisindən əməliyyat: like
  • 01 İyn 10:25  
Kriminal Balakən polisindən əməliyyat:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüs

arrow Ətraflı
Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? like
  • 01 İyn 09:52  
Siyasət Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş n

arrow Ətraflı
Ailələr arasında dava like
  • 01 İyn 09:41  
Digərləri Ailələr arasında dava

Türkiyənin Van şəhərində iki ailə arasında daş, çubuq və bıçaqla da

arrow Ətraflı
Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi like
  • 01 İyn 09:30  
Digərləri Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qar

arrow Ətraflı
Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər? like
  • 01 İyn 09:19  
Digərləri Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər?

"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərər�

arrow Ətraflı
Xatirənin qardaşı təcili əməliyyat olundu like
  • 01 İyn 09:12  
Şou-biznes Xatirənin qardaşı təcili əməliyyat olundu

Müğənni Xatirə İslamın qardaşı Turalın səhhətində problem yaranıb.

arrow Ətraflı