“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”


Şou-biznes 01 İyn 2023 10:36:00 114 0

“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”

"Çimnaz məndən hələ də əl çəkmir. Bilmirəm niyə görə?! Belə fikirləşirəm ki, mənim sayəmdə o həmişə gündəmdə qalmaq istəyir. Çünki Çimnazın işləri, nailiyyətləri yoxdur ki, insanların yadında onunla qalsın. Yalnız qalmaqal edərək özünü gündəmdə saxlamaq istəyir. Son zamanlar mən də gördüm ki, sosial şəbəkələrdə xəbər yayılıb ki, guya mən Çimnazın videosunun altına nəsə yazmışam. Bədəninin hansısa hissəsini göstərib həmin videoda. Həqiqətən də mən heç nə yazmamışam. Nə vaxtsa nəsə yazanda deyirəm ki, yazmışam, yaxşı etmişəm, haqqına etmişəm. Məni insanlar da görəndə deyirlər ki, düz deyirsiniz, Çimnazın etdikləri artıq biabırçılıqdır. Amma son yazını həqiqətən də mən yazmamışam. Çimnaz artıq başqa şeylərə əl atır, feyk profillər yaradaraq mənim adımdan rəylər yazır. Bu artıq acizlikdir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Nəzakət Məmmədova deyib.

"Mən Çimnaz haqqında sonuncu dəfə bir söz dedim. Aylar əvvəl olmuşdu bu qalmaqal. Mən artıq ona baş qoşmaq istəmirəm. Verilişlərin birində soruşdular ki, aktrisaların nəyi xoşunuza gəlmir?! Mən də bir tamaşaçı kimi fikrimi söylədim ki, Çimnazın geyim tərzi, özünü aparmağı heç Azərbaycan qadınına xas olan bir hərəkət deyil. Bu Azərbaycan üçün biyabırçılıqdır. Bu sözü demişəm və arxasında da dururam. Mən onu təhqir etmədim, tənqid etdim. O tənqidə təhqirlə cavab verir. O insanın tərbiyəsində, mədəniyyətində problemlər var. Hər bir insan tənqid edə bilər. Bütün xalq bizi tənqid edə bilər. Bu o demək deyil ki, insanları buna görə təhqir etməliyik. Mən qalım bir yana, o mənim oğlumun, qızımın haqqında təhqirəmiz sözlər yazıb. Bu artıq mədəniyyətsizlikdir. Filmlərdə çəkildiyim səhnələrdən görüntülər paylaşır. Mənim həyatımdan, qızımın, oğlumun həyatından götür nələrsə paylaş, mən də deyim ki, biz də özümüzü sənin kimi apara bilmirik. O ana deyil, ana olsaydı bala qədri bilərdi. Mən öz balalarımın qədrini bilirəm, onları qoruyuram, əzizləyirəm. Mən heç bilmirəm ki, onun övladı var yoxsa yoxdur?! Təbii ki, var övladı, amma ana deyil, övladı ilə yəqin ki, fəxr etmir. Çimnaz mənim səviyyəmə, statusuma uyğun bir adam deyil ki, onun haqqında danışım, qalmaqal edim. Odur məndən əl çəkməyən. Çimnaz deyir ki, məni heç kim tanımayanda, o gündəmdə olub. Mən Azərbaycanda tanınanda, sən ümumiyyətlə harada idin?! Səni hardan tanıyırlar? Nə nailiyyətin var? Sən yalnız seksual hərəkətlərini, gündəlik həyatını tamaşaçılara göstərmisən. Bu sənin həyat tərzindir. Mənim heç vecimə də deyil ki, Çimnaz ayağını, əlini açıb, nə göstərəcək?! Bu artıq xəstəlikdir, psixoloji problemdir. O bədənini insanlara nümayiş etdirməklə seksual həzz alır. Gedib özünü müalicə etdirsin, məndən də əl çəksin" deyə aktrisa bildirib.

Nəzakət Məmmədova deyib ki, xalq artisti Rasim Balayev də bu qalmaqala münasibət bildirib.

"O demişdi ki, gedib sənətlə məşğul olsunlar. Rasim müəllimin mənim sənətim haqda da yetərincə məlumatı var, Çimnazın sənəti haqda da. O da bilir ki, Çimnaz nəylə, hansı sənətlə məşğuldur. Rasim müəllim düz deyib, hər insan öz işi ilə məşğul olsa gözəl olar. Çimnaz Sultanova yox, Nəzakət Məmmədova Rasim Balayevlə eyni filmdə çəkilib. Bunu da nəzərə alsın. Mənim indiyə qədər heç kimlə qalmaqalım olmayıb. Bu sənətdə hamı ilə gözəl münasibətim var" deyə aktrisa bildirib.

Aktrisa gəlini ilə tik-tok videoları çəkməməsini belə izah edib.

"Zamanı gələndə bunu mən açıqlayacam ki, niyə gəlinimlə videolar çəkmirəm. Bu başqa bir mövzudur. Hələ ki, bu haqda danışmaq istəmirəm, susmaq istəyirəm" deyə aktrisa bildirib.

Balakən polisindən əməliyyat: like
  • 01 İyn 10:25  
Kriminal Balakən polisindən əməliyyat:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüs

arrow Ətraflı
Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? like
  • 01 İyn 09:52  
Siyasət Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş n

arrow Ətraflı
Ailələr arasında dava like
  • 01 İyn 09:41  
Digərləri Ailələr arasında dava

Türkiyənin Van şəhərində iki ailə arasında daş, çubuq və bıçaqla da

arrow Ətraflı
Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi like
  • 01 İyn 09:30  
Digərləri Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qar

arrow Ətraflı
Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər? like
  • 01 İyn 09:19  
Digərləri Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər?

"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərər�

arrow Ətraflı
Xatirənin qardaşı təcili əməliyyat olundu like
  • 01 İyn 09:12  
Şou-biznes Xatirənin qardaşı təcili əməliyyat olundu

Müğənni Xatirə İslamın qardaşı Turalın səhhətində problem yaranıb.

arrow Ətraflı
Kiyev atəşə tutuldu, ölənlər var like
  • 01 İyn 08:59  
Dünya Kiyev atəşə tutuldu, ölənlər var

Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq e

arrow Ətraflı
Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu like
  • 01 İyn 08:53  
Dünya Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu

Mayın 31-də Nikolayev vilayətində Ukrayna hərbçiləri Rusiyanın 5 pilotsu

arrow Ətraflı
Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq? like
  • 01 İyn 08:47  
Digərləri Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin do

arrow Ətraflı
Bürcləri nə gözləyir?  Sevgi, pul, işgüzar səfər... like
  • 01 İyn 08:26  
Digərləri Bürcləri nə gözləyir? Sevgi, pul, işgüzar səfər...

İyunun ilk günü Ay Əqrəb bürcünə daxil olacaq. Astroloqların proqnozuna

arrow Ətraflı
Bu qərarı Rusiya verə bilməz  Norveç like
  • 01 İyn 08:19  
Dünya Bu qərarı Rusiya verə bilməz Norveç

Ukraynanın NATO üzvlüyünə Moskva deyil, bu ölkə və NATO müttəfiqləri

arrow Ətraflı
Milt Larsen vəfat etdi like
  • 01 İyn 08:12  
Digərləri Milt Larsen vəfat etdi

Amerikanın məşhur aktyoru və sehrbazı Milt Larsen vəfat edib.

arrow Ətraflı
Yadplanetlilərlə bağlı söhbətə amerikalı alim də qoşuldu: Onlarla rastlaşmışıq  FOTO like
  • 01 İyn 08:07  
Digərləri Yadplanetlilərlə bağlı söhbətə amerikalı alim də qoşuldu: Onlarla rastlaşmışıq FOTO

"Yadplanetlilər Yer kürəsinə gəliblər və hələ də buradadırlar&qu

arrow Ətraflı
Kürəkən uşağın 40 günündə like
  • 01 İyn 08:00  
Kriminal Kürəkən uşağın 40 günündə

Tovuzun Aşağı Quşçu kəndində iki qardaş bıçaqlanıb.

arrow Ətraflı
Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi like
  • 01 İyn 07:54  
Dünya Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orb

arrow Ətraflı