İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir


Digərləri 01 İyn 2023 11:22:00 164 0

İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi və mükəmməlliyi ilə tanınır.

Omdia bazar araşdırması şirkətinin məlumatına görə, 2022-ci ildə Samsung qlobal TV bazarında yenə də birinciliyə yüksələrək televizor istehsalı sənayesinə ardıcıl 17-ci ildir ki, liderlik etmiş olur. Bu nailiyyət şirkətin premium baxış təcrübələrinə və istifadəçi mərkəzli dizayna sadiqliyinə aid edilə bilər.

Premium məhsul sırasına üstünlük verməklə, Samsung-un televizor sənayesindəki misilsiz liderliyini 17 il ərzində qoruyub saxlamasının ən parlaq göstəricilərindən biri Neo QLED seriyasıdır. 2022-ci ildə Samsung heyrətamiz 9,65 milyon ədəd QLED və Neo QLED televizor sataraq, 2017-ci ildə satışa çıxarılandan bəri məcmu satışları 35 milyon ədədə çatdırıb. 2022-ci ildə də müvafiq olaraq 75 və 80 düymdən böyük televizorlar üçün bazar payı 36,1% və 42,9% olmaqla ultra-böyük televizor bazarı seqmentində yenə də Samsung üstünlük qazanıb. Qiyməti 2500 ABŞ dollarından yüksək olan premium televizor bazarında Samsung 48,6% gəlirlə ən böyük bazar payını saxlaya bilib.

Samsung Electronics-in Vizual Ekran Biznesi üzrə İcraçı Vitse-Prezidenti Çolq Kim fikrini belə ifadə edir: "Son 17 il ərzində sənaye liderliyimiz istehlakçılarımızın məhsullarımıza davamlı sədaqəti və inamı sayəsində mümkün oldu. Biz hətta premium görüntü keyfiyyətindən daha üstün olacaq ən yüksək səviyyəli cihaz təcrübələrinin yaradılmasına yol açmaqda davam edəcəyik".

Samsung-un televizor bazarındakı 17 illik liderliyi şirkətin istehlakçı mərkəzli dizayn və təkmilləşdirilmiş istifadəçi təcrübəsi ilə ən innovativ məhsulları özündə cəmləşdirmək öhdəliyinin bəhrəsidir. 2006-cı ildə Bordeaux TV-nin təqdimatı düşünülmüş dizaynlı və yüngül çəkili LCD televizorları qəbul etdirərək yeni istiqamətin əsasını qoydu. Bu, həm də Samsungun qlobal televizor bazarında birinciliyinin başlanğıcı idi. Şirkət 2009-cu ildə ilk LED televizorunu, 2011-ci ildə isə ilk Smart TV-ni istifadəyə verərək, hər biri üzrə bazarda yüksək mövqe tutaraq, yeni texnologiyaları istehlakçılara yaxınlaşdırmaq yolunu seçdi.

İnnovasiya sərhədlərini aşmağa davam edərək 2017-ci ildə Samsung sənayedə ilk dəfə 100 faiz rəng həcminə nail olmaq üçün kvant nöqtə texnologiyası əsasında QLED televizorunu bazara çıxararaq "növbəti nəsil ekranı" anlayışını təyin etdi. 2018-ci ildə şirkət QLED 8K, ardınca 2021-də Quantum Mini LED ilə dəstəklənən Neo QLED və özünü işıqlandıran MICRO LED-i təqdim etdi. Bu innovativ texnologiyalar toplusu təsvir keyfiyyəti standartlarını yenilədi və sənayedə yeni meyarlar müəyyənləşdirdi.

Bundan başqa, Samsung Lifestyle seriyası kimi yeni kateqoriyalar üzrə də irəliləyib. 2016-cı ili Serif-in ikonik dizaynı ilə başlayan Samsung The Frame, The Sero, The Terrace, The Premiere və The Freestyle kimi məhsullar vasitəsilə istifadəçi təcrübəsini zənginləşdirmək üçün məhsul sırasını təkmilləşdirməyə 2023-cü ildə Samsung-un innovasiyalara sadiqliyi istifadəçilərin ehtiyaclarını qarşılamaqdan ötrü hazırlanmış intuitiv texnologiyanın inkişafı ilə davam edir. SmartThings prioritet olaraq qalan təhlükəsizlik şəraitində çox sayda cihazların qüsursuz inteqrasiyası və qoşulmasına şərait yaradacaq ki, istifadəçilərin unikal ehtiyaclarını dərindən fərdiləşdirmə hesabına qarşılamağa imkan verəcək.

Ətraflı: samsung.com

Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı like
  • 01 İyn 11:19  
Şou-biznes Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziy

arrow Ətraflı
Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı like
  • 01 İyn 11:09  
Şou-biznes Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilikl

arrow Ətraflı
Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir like
  • 01 İyn 10:58  
Digərləri Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir

Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda d�

arrow Ətraflı
Azərbaycanda güclü külək məktəbin damını uçurub like
  • 01 İyn 10:47  
Digərləri Azərbaycanda güclü külək məktəbin damını uçurub

İsmayıllıda ötən günün ikinci yarısından başlayan külək sonradan gü

arrow Ətraflı
İranda TÜRKOFOBİYA like
  • 01 İyn 10:38  
Digərləri İranda TÜRKOFOBİYA

İranda möbvcud fars molla rejiminin ölkədə yaşayan xalqlara, xüsusən də

arrow Ətraflı
Balakən polisindən əməliyyat: like
  • 01 İyn 10:25  
Kriminal Balakən polisindən əməliyyat:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüs

arrow Ətraflı
Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? like
  • 01 İyn 09:52  
Siyasət Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş n

arrow Ətraflı
Ailələr arasında dava like
  • 01 İyn 09:41  
Digərləri Ailələr arasında dava

Türkiyənin Van şəhərində iki ailə arasında daş, çubuq və bıçaqla da

arrow Ətraflı
Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi like
  • 01 İyn 09:30  
Digərləri Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qar

arrow Ətraflı
Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər? like
  • 01 İyn 09:19  
Digərləri Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər?

"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərər�

arrow Ətraflı
Xatirənin qardaşı təcili əməliyyat olundu like
  • 01 İyn 09:12  
Şou-biznes Xatirənin qardaşı təcili əməliyyat olundu

Müğənni Xatirə İslamın qardaşı Turalın səhhətində problem yaranıb.

arrow Ətraflı
Kiyev atəşə tutuldu, ölənlər var like
  • 01 İyn 08:59  
Dünya Kiyev atəşə tutuldu, ölənlər var

Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq e

arrow Ətraflı
Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu like
  • 01 İyn 08:53  
Dünya Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu

Mayın 31-də Nikolayev vilayətində Ukrayna hərbçiləri Rusiyanın 5 pilotsu

arrow Ətraflı
Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq? like
  • 01 İyn 08:47  
Digərləri Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin do

arrow Ətraflı