Prezident və birinci xanım Daşaltıda Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər FOTO


Siyasət 08 May 2023 18:04:00 186 0

Prezident və birinci xanım Daşaltıda Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər  FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verdi.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.

Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

Dövlətimizin başçısı nasos stansiyasını işə saldı.

Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik-Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.

Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü  FOTO like
  • 08 May 17:52  
Siyasət Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü FOTO

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri

arrow Ətraflı
Plastik cərrahı öldürən kişiyə verilən ilkin cəza bilindi like
  • 08 May 17:26  
Digərləri Plastik cərrahı öldürən kişiyə verilən ilkin cəza bilindi

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet

arrow Ətraflı
Azad edilmiş ərazilərdə turizmin inkişafı diqqətdə saxlanır  VİDEO like
  • 08 May 17:14  
Digərləri Azad edilmiş ərazilərdə turizmin inkişafı diqqətdə saxlanır VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri çərçivəsində

arrow Ətraflı
İranda SEPAHın daha bir korpusunda partlayış  VİDEO like
  • 08 May 16:24  
Dünya İranda SEPAHın daha bir korpusunda partlayış VİDEO

Tehranın Bəharistan bölgəsində yerləşən İİR İslam İnqilabı Keşikç

arrow Ətraflı
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib  FOTO like
  • 08 May 16:06  
Digərləri Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib FOTO

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiy�

arrow Ətraflı
Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü  FOTO like
  • 08 May 15:48  
Digərləri Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü FOTO

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli

arrow Ətraflı
İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu like
  • 08 May 15:24  
Digərləri İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu

İranda İslam dininə hörmətsizlik etməkdə ittiham olunan 2 nəfər edam ed

arrow Ətraflı
2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 33 nəfər şamil edilib  FOTO like
  • 08 May 14:58  
Digərləri 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 33 nəfər şamil edilib FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edi

arrow Ətraflı
Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir like
  • 08 May 14:27  
Siyasət Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi

arrow Ətraflı
Rusiyada panika başlayacaq, hazır olun! like
  • 08 May 14:25  
Digərləri Rusiyada panika başlayacaq, hazır olun!

Ukrayna əks-hücumuna başlayanda Rusiya təşviş içində olacaq.

arrow Ətraflı