Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir


Siyasət 08 May 2023 14:27:00 191 0

Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiyamızın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Onu da qeyd edim ki, qəbul edilmiş əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Bu, hər şeydən öncə dövlət başçısının növbəti humanist addımıdır. Onu da qeyd etmək yerinə düşər ki, əfv Sərəncamı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanist siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin göstəricisidir. Bu, artıq bir ənənə halına çevrilib. Məhz Ulu öndərin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin prioritet sahələrindən birinə çevrilib.

Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət də elə Heydər Əliyev adı ilə bağlıdır. Çünki onun əsası da Ulu öndər tərəfindən qoyulub. Belə ki, məhz Ümummilli Liderin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olunub. Ölüm hökmünün ləğvi, şübhəsiz, insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürüdür.

Bu gün dövlətimizin başçısı İlham Əliyevin bu ali dəyərləri ənənəyə çevirməsi, ona sadiqlik nümayiş etdirməsi bir dövlət başçısı kimi keçmişə sadiqlik, gələcəyə inam göstəricisidir. Prezidentliyə başladığı ilk dönəmdən bu vaxta kimi hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayan Prezident İlham Əliyev növbəti bu Sərəncam ilə də göstərmiş oldu ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirir.

Neçə-neçə insana azadlıq, ailələrə sevinc bəxş edən bu addım dövlət başçısı tərəfindən atılmış humanist addım olmaqla yanaşı, dövlət siyasətinin əsasını insan amilinin təşkil etdiyi faktını növbəti dəfə sübut edir.

Bu əfv Sərəncamı eyni zamanda onu da sübut etdi ki, Prezident İlham Əliyev öz siyasətində humanizm prinsiplərini əsas götürərək ölkəmizin daim inkişaf yolu ilə irəliləməsini qarşıya məqsəd qoyub. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan dövlətimizin başçısı bir daha əməli ilə təsdiqlədi ki, vətəndaş mərkəzli siyasət hər sahədə olduğu kimi, bu istiqamətdə də siyasətin ana xəttidir.

Bu cür addımlar dövlətimizin başçısının öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir. Sərəncam, eyni zamanda, Azərbaycanda əfvin humanist və hüquqi institut kimi təkmilləşməkdə olduğunu göstərir. Bu əfv Sərəncamı Azərbaycanda hüquqi cəzalandırmanın da, əfv etmənin də ciddi və konstitusion əsaslara söykəndiyini bir daha nümayiş etdirir. 

Sərəncama nəzər yetirsək görə bilərik ki, əfv olunanların əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 801 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu da şamil olunduğu şəxslərin sayına görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı kimi tarixin yaddaşına köçdü.

Humanizm prinsiplərinə əsaslanan bu sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq verilib. Onu da qeyd edim ki, sonuncu sərəncama qədər ölkəmizin başçısı tərəfindən 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb. Nəticədə yüzlərlə, minlərlə məhkum əfv olunub yenidən ailəsinə qovuşub. 

Bunun özü əfv Sərəncamının müxtəlif kateqoriyadan olan məhkumların dövlətin humanist münasibətilə əhatə olunduğunu göstərir. Ölkəmizin hüquq sistemində atılan heç bir addım siyasiləşmiş xarakter daşımır. Həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır, xüsusi təhlükəli hallar istisna olmaqla cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Bir sözlə, dövlət başçısının növbəti əvf Sərəncamı ölkəmizdə hüquq sisteminin humanist xarakter daşıdığını bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Onu da son olaraq vurğulayım ki, qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.

Təhməz Əsədov Son.az

Rusiyada panika başlayacaq, hazır olun! like
  • 08 May 14:25  
Digərləri Rusiyada panika başlayacaq, hazır olun!

Ukrayna əks-hücumuna başlayanda Rusiya təşviş içində olacaq.

arrow Ətraflı
Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində də icra edilib  FOTO like
  • 08 May 14:14  
Digərləri Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində də icra edilib FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmı

arrow Ətraflı
Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib: like
  • 08 May 13:53  
Siyasət Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib:

Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətl

arrow Ətraflı
Təranə Səmədova ilə qeyrirəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI like
  • 08 May 13:52  
Kriminal Təranə Səmədova ilə qeyrirəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təran�

arrow Ətraflı
Əfv sərəncamı ilə 15 saylı cəzaçəkmə müəssisəsindən yeddi məhkum azadlığa çıxıb like
  • 08 May 13:46  
Digərləri Əfv sərəncamı ilə 15 saylı cəzaçəkmə müəssisəsindən yeddi məhkum azadlığa çıxıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmı

arrow Ətraflı
İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb like
  • 08 May 13:43  
Digərləri İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb

İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

arrow Ətraflı
AB Ermənistana sanksiya tətbiq edəcək like
  • 08 May 13:41  
Digərləri AB Ermənistana sanksiya tətbiq edəcək

AB Rusiyaya texniki avadanlıq satdığı iddia edilən Çin şirkətlərinə qa

arrow Ətraflı
"Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar" like
  • 08 May 13:30  
Şou-biznes "Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar"

Son.az xəbər verir ki, tanınmış müğənni Samirə Yusifqızının müğən

arrow Ətraflı
Azərbaycan xalqının varlığına çevrilən dahi like
  • 08 May 13:24  
Siyasət Azərbaycan xalqının varlığına çevrilən dahi

Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində, U

arrow Ətraflı
HMSlər cəbhədədir, Moskva müdafiəsizdir like
  • 08 May 13:19  
Digərləri HMSlər cəbhədədir, Moskva müdafiəsizdir

Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadak�

arrow Ətraflı
Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır like
  • 08 May 13:11  
Siyasət Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır

Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xo

arrow Ətraflı
BakıSumqayıt yolunda yük maşını aşdı like
  • 08 May 13:08  
Digərləri BakıSumqayıt yolunda yük maşını aşdı

Bakı-Sumqayıt yolunda yol qəzası olub.

arrow Ətraflı
“Ordan mənə bəla gələcəkdi”  Damla canlı efirdə ETİRAF ETDİ like
  • 08 May 12:57  
Şou-biznes “Ordan mənə bəla gələcəkdi” Damla canlı efirdə ETİRAF ETDİ

ATV-nin "7 Canlı" proqramına qonaq olan müğənni Damla, maraqlı

arrow Ətraflı
1 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb like
  • 08 May 12:52  
Digərləri 1 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb

Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Ümummilli Lider

arrow Ətraflı
11 saylı cəzaçəkmə müəssisəsindən 32 nəfər əfv edilib like
  • 08 May 12:50  
Digərləri 11 saylı cəzaçəkmə müəssisəsindən 32 nəfər əfv edilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verilmiş

arrow Ətraflı