Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü FOTO


Digərləri 08 May 2023 15:48:00 160 0

Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü  FOTO

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müəssisədə sərəncam 34 nəfərə şamil edilib və onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirin sabiq müavini Rafiq Bayramov da var.

Xatırladaq ki, Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .

Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilmiş və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilib.

Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu like
  • 08 May 15:24  
Digərləri İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu

İranda İslam dininə hörmətsizlik etməkdə ittiham olunan 2 nəfər edam ed

arrow Ətraflı
2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 33 nəfər şamil edilib  FOTO like
  • 08 May 14:58  
Digərləri 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 33 nəfər şamil edilib FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edi

arrow Ətraflı
Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir like
  • 08 May 14:27  
Siyasət Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi

arrow Ətraflı
Rusiyada panika başlayacaq, hazır olun! like
  • 08 May 14:25  
Digərləri Rusiyada panika başlayacaq, hazır olun!

Ukrayna əks-hücumuna başlayanda Rusiya təşviş içində olacaq.

arrow Ətraflı
Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində də icra edilib  FOTO like
  • 08 May 14:14  
Digərləri Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində də icra edilib FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmı

arrow Ətraflı
Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib: like
  • 08 May 13:53  
Siyasət Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib:

Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətl

arrow Ətraflı
Təranə Səmədova ilə qeyrirəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI like
  • 08 May 13:52  
Kriminal Təranə Səmədova ilə qeyrirəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təran�

arrow Ətraflı
Əfv sərəncamı ilə 15 saylı cəzaçəkmə müəssisəsindən yeddi məhkum azadlığa çıxıb like
  • 08 May 13:46  
Digərləri Əfv sərəncamı ilə 15 saylı cəzaçəkmə müəssisəsindən yeddi məhkum azadlığa çıxıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmı

arrow Ətraflı
İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb like
  • 08 May 13:43  
Digərləri İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb

İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

arrow Ətraflı
AB Ermənistana sanksiya tətbiq edəcək like
  • 08 May 13:41  
Digərləri AB Ermənistana sanksiya tətbiq edəcək

AB Rusiyaya texniki avadanlıq satdığı iddia edilən Çin şirkətlərinə qa

arrow Ətraflı
"Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar" like
  • 08 May 13:30  
Şou-biznes "Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar"

Son.az xəbər verir ki, tanınmış müğənni Samirə Yusifqızının müğən

arrow Ətraflı
Azərbaycan xalqının varlığına çevrilən dahi like
  • 08 May 13:24  
Siyasət Azərbaycan xalqının varlığına çevrilən dahi

Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində, U

arrow Ətraflı
HMSlər cəbhədədir, Moskva müdafiəsizdir like
  • 08 May 13:19  
Digərləri HMSlər cəbhədədir, Moskva müdafiəsizdir

Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadak�

arrow Ətraflı
Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır like
  • 08 May 13:11  
Siyasət Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır

Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xo

arrow Ətraflı