Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü FOTO
Siyasət 08 May 2023 17:52:00 210 0
8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.
Bu xəbəri də oxu: İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Nazirlikdən verilən məlumata görə, ikitərəfli görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub.
İkitərəfli görüş, daha sonra Prezidentin xarici siyasət baş müşaviri Asta Skaisgirite ilə geniş tərkində davam etdirilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, humanitar və s. sahələr üzrə səmərəli ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcud olduğunu, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun mühüm rol oynadığını qeyd edib.
Avropa İttifaqı (Aİ) çərçivəsində Litvanın kommunikasiyalar sahəsində həyata keçirilən layihələrə dəstək göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, baş verən geosiyasi dəyişikliklər fonunda Xəzər regionunun, o cümlədən Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını diqqətə çatdırıb. Bu kontekstdə, Azərbaycanın regionda bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylərinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə edilib.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər, mövcud çağırışlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, xüsusilə aparılan yenidənqurma işləri və mina təhdidi ilə mübarizədə birgə əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.
Litva tərəfi Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının əməkdaşlığın inkişafı üçün mühüm platforma rolu oynadığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş qismində çıxış etdiyi məmnunluqla xatırlanıb. Regionda sülh quruculuğu səylərinin təqdirəlayiq olduğunu bildirən Litva tərəfi, mövcud normallaşma prosesinə sadiqliyin vacibliyini qeyd edib və Litvanın bu səylərə dəstək verdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri çərçivəsində
Daxili işlər orqanlarında yeni təyinat olub.
Tehranın Bəharistan bölgəsində yerləşən İİR İslam İnqilabı Keşikç
ATV-nin "Zaurla Günaydın" proqramında qonaq olan Əməkdar incə
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiy�
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli
İranda İslam dininə hörmətsizlik etməkdə ittiham olunan 2 nəfər edam ed
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edi
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
Ukrayna əks-hücumuna başlayanda Rusiya təşviş içində olacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmı