Atasının ürəyi partladı, sevgilisi xəstəlikdən öldü, zirzəmidə yaşadı Məşhur küçə onun adınadır
Kriminal 05 May 2023 01:01:00 276 0
Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?
Bu xəbəri də oxu: Yeznəsini öldürən kişi cəzadan azad edildi
Doğma küçələrimizin yad adları çox vaxt diqqətimizi çəkir. Niyə qoyulub bu adlar?
İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa adı verilibsə, deməli, bunun bir səbəbi var.
Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?
Son.az lent.az-a istinadən elə burdan yola çıxaraq "Bizim küçələr" adlı rubrikasının növbəti yazısını "Kövkəb Səfərəliyeva küçəsi"nin tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Nəsimi rayonunda yerləşir.
Bəs, Kövkəb Səfərəliyeva kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?
Azərbaycanın ilk pianoçu-pedaqoq qadını, böyük sevgisinə həyatının sonuna qədər sadiq qalan - Kövkəb Səfərəliyeva... Onun ulu babası Səfərəli bəy Pirşağının kəndxudası idi. Babasının qardaşı Tağı bəy isə AXC dövründə Ticarət və Sənaye nazirinin müavini, Kövkəbin atası Kamil bəy isə Çar ordusunda polkovnik olub.
1902-ci ildə Kamil bəy qacarlardan olan Qəmər xanımla ailə həyatı qurub. Qəmər xanımın da ailəsi repressiyadan yan keçməyib. Cütlüyün 1902-ci ildə Bakıda Kövkəb adlı qızları dünyaya gəlib. O, 8 yaşında Marinski adına ümumtəhsil qadın gimnaziyasına daxil olur. Eyni zamanda, fortepiano sinfində musiqi dərsləri alıb. 1916-cı ildən etibarən isə təhsilini Musiqi Texnikumunda davam etdirib. Kövkəbin ailəsində olan 6 uşağın hər biri musiqi təhsili alıb.
Azərbaycanın Sovet ordusu tərəfindən işğalından sonra demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Səfərəliyevlər ailəsinin Bakıda çoxlu mülkləri vardı. Lakin Sovet hökuməti onların da hər şeyini alır.
Kövkəbin atası Kamil Səfərəliyev bu hadisələrdən çox təsirlənərək, 1920-ci il noyabrın 27-də 48 yaşında vəfat edir. Ailə öz evlərinin zirzəmisində yaşamağa məcbur qalır. Lakin Kövkəbin anası Qəmər xanım uzun mübarizədən sonra bir otağı geri ala bilir. Təzyiqlərə və təqiblərə baxmayaraq 1926-cı ildə Musiqi Texnikumunu bitirir və Türk Musiqi Məktəbinə dəvət alır. Burada Üzeyir Hacıbəyli ilə tanış olur və birlikdə çalışaraq Azərbaycan musiqisinə böyük töhfələr verirlər.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu: tərəflər &q
Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi t�
Son.az lent.az-a istinadən bu gün anım günü olan Xalq artisti Fuad Polad
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".
Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə "
1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şə
Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körp
Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satı�
Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkü
Xalq artisti Miri Yusif ailəsi ilə bağlı paylaşım edib.
Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına