İrəvanın danışıqları dalana dirəyən 3 “maddəsi”
Siyasət 04 May 2023 23:55:00 256 0
Dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu: tərəflər "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb; bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Hansı maddələr üzrə razılaşma olduğu açıqlanmır: dialoqun davam etdirilməsi olduğu istisna deyil, Blinkenin "yekun razılaşma tarixi olacaq" açıqlaması da bunu deməyə əsas verir.
Son.az axar.az-a istinadən bildirir ki, razılaşdırılmayan maddələr də gizli saxlanılır, hərçənd, bunun nələr olduğunu təxmin etmək çətin deyil:
1. Qarabağdakı ermənilərin "hüquq və təhlükəsizliyinin qorunması": Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə icazə vermir, bu mövqe ABŞ-da da qəbul olunur; İrəvan bunun əksini istəyir;
2. İrəvan "Bakı-Xankəndi" formatı kimi qondarma təklif irəli sürür və bununla separatçıları "tərəfə" çevirmək, yaxud ən azı erməni əhalisinin "təmsilçisi" kimi qəbul etdirmək niyyətindədir;
3. Sərhədin delimitasiyasının hansı xətlər üzrə aparılması, xüsusilə işğal altındakı 8 kəndlə bağlı fikir ayrılığı var: Ermənistan bu kəndləri qaytarmaq istəmir.
Vaşinqtonda danışıqların yekunlaşdığı vaxt Paşinyanın Praqada verdiyi açıqlamalar da fikir ayrılığının bu məqamlardan ibarət olduğu fikrini önə çıxarır.
Blinken danışıqları "ciddi irəliləyiş" adlandırıb, hərçənd, Ermənistanın mövqeyi faktiki olaraq prosesləri dalana dirəyir. Moskvada keçiriləcək növbəti raundda da nəticə əldə ediləcəyi ehtimalı azdır.
Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi t�
Son.az lent.az-a istinadən bu gün anım günü olan Xalq artisti Fuad Polad
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".
Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə "
1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şə
Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körp
Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satı�
Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkü
Xalq artisti Miri Yusif ailəsi ilə bağlı paylaşım edib.
Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına
Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danı�