Atası ölən gün səhnəyə çıxan, sevgisi əfsanəyə çevrilən polad kimi aktyor FOTO
Kriminal 04 May 2023 23:43:00 300 0
Son.az lent.az-a istinadən bu gün anım günü olan Xalq artisti Fuad Poladov haqqında yazını təqdim edir.
Bu xəbəri də oxu: Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu saxlanıldı
2018-ci ildə qış günlərinin sonu idi. Çiskinli bir gündə Ağ şəhər bulvarında gəzərkən Xalq artisti Fuad Poladovla qarşılaşmış, çəkinə - çəkinə yaxınlaşmışdım. Üzündə oynadığı Qacar rolunun zəhmi var idi. Tanışlıq verdim. Nəzakətlə "birlikdə gəzək" dedi. Yaxalandığı onkoloji xəstəliyin acıları üzündən hiss olunurdu. Yarım saata qədər kimsəsiz bulvarda gəzişdik. Çox az danışdıq. Səsini zorla eşitmək olurdu. O danışa bilmədiyi üçün utanmışdım, əzab çəkmişdim. Əslində susarkən daha çox danışırdı Fuad Poladov. Səsini çıxarmadan mimikaları ilə bir dramatik rolu oynaya biləcək qüdrətdə aktyor idi o.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi, daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967 - 1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Çox zəhmli adam olan atası onun aktyor olmasını istəməyib. 1989-cu ilə qədər Akademik Milli Dram Teatrında, 1989-cu ildən ömrünün sonuna, yəni 2018-ci ilə qədər Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Verdiyi müsahibələrindən birində deyərmiş ki, aktyor sevgilisi rolunu oynayan aktrisanı sevməsə belə, ən azından yaxşı münasibətdə olmalıdır. Xalq artisti Amaliya Pənahova ilə küsülülüyünə də sənət naminə son verib. Belə ki, "Azdramada "Təhminə və Zaur" hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Həmin vaxt onlar küsülü olurlar. Fuad Poladov özü gedib Amaliya xanımla barışır və beləcə "Təhminə və Zaur" teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilir.
Bütün cəmiyyətdə onun sənətinə sevgi və hörməti böyük idi. O da sənətinə aşiq idi. Hətta atası ölən gün belə səhnəyə çıxıb. 35 yaşı olanda atası dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib.
Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın onların qovuşmasına mane olmasının səbəbi özünün də Fuada aşiq olmasıymış. Vəfa Fətullayeva xəstəxanada son günlərini yaşayarkən hər gün gedib çarpayısını yanında oturarmış. Çox əfsanələr dolaşsa da, aktyor özü bu barədə danışmağı heç sevməz, hətta əsəbiləşərdi.
Onun "Azdrama"dan getməsinin səbəbkarı kimi rejissor Azərpaşa Nemətov göstərilsə də, verdiyi müsahibələrdən birində o zamanlar teatrın rəhbəri olan aktyor Həsənağa Turabovun adını çəkib. Gənc həmkarına qarşı teatrda yaşanan haqsızlıqlara göz yuma bilmirdi Fuad. "Bəzi şeyləri görməyim üçün ordan çıxmağım lazım imiş. Ona görə də Həsənağa Turabovun atasına rəhmət oxuyuram. Onunla konfliktim olmasa idi, bəlkə elə qalıb çürüyəcəkdim Azdramada",- deyə o bildirmişdi bir müsahibəsində.
Teatrdan ayrılandan sonra 40 yaşında evlənib. Həyat yoldaşı ilə münasibətləri həmişə yaxşı olub.
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".
Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə "
1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şə
Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körp
Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satı�
Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkü
Xalq artisti Miri Yusif ailəsi ilə bağlı paylaşım edib.
Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına
Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danı�
Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yolu
Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətində hava həyəcanı siqnalı el