60cı illərin saç düzümləri yenidən dəbə minəcək FOTO
Digərləri 04 May 2023 23:14:00 324 0
Bu xəbəri də oxu: Bakıda yeni inşa ediləcək 10 metro stansiyası hansılardır?
Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda Karl Lagerfeldə həsr olunmuş Met Gala Kostyum İnstitutunun balı baş tutdu.
Son.az xəbər verir ki, dəvətə gələn məşhurların obrazları arasında bir neçə tendensiya müşahidə edilsə də, makiyaj və saç düzümlərində yalnız 60-cı illərin təsiri nəzərə çarpırdı. Bir müddət əvvəl Amanda Seyfrid və Cennifer Kulidc kino mükafatlarının birinin təqdimolunma mərasində 60-cı illərin ən parlaq ulduzu - Ketrin Denyovun saç düzümlərini təkrarladı. Bununla da o illərin saç düzümləri yenidən gündəmə gəldi. Bu dəfə biz o 60-cı illər tendensiyalarını, daha doğrusu, onların interpretasiyasını bütün müxtəlifliyi ilə gördük.
"Met Gala"da bir çoxları saçlarını klassikaya çevrilmiş qara lentlə bağlamışdı. Məsələn, Sidney Svini yarım toplanmış saçlarına böyük bir qara bantla bəzək vurmuşdu. Karli Kloss və Emili Ratakovski daha yığcam saç aksessuarları seçmişdilər. Billi Ayliş atlaz lentləri qotik obrazına uyğunlaşdıra bilmişdi. Əminik ki, Nikol Kidmanın uzun saçlarına taxdığı bantı da bu yay aktual olacaq, xüsusilə romantik sarafanların fonunda mükəmməl görünəcəklər. Aktrisa saçlarının ön tərəfini açıq qoyub, arxasını zərif aksessuarla səliqəli şəkildə bərkidib ki, ancaq arxasını çevirəndə görünsün.
60-cı illərin saç düzümlərini qabarıq effekt olmadan təsəvvür etmək mümkün deyil. Enn Heteuey, Kardi B kimi ulduzlar Bricit Bardonun saç düzümünü təkrarlamışdı. Emma Çermberlen isə qabarıq saç düzümündən imtina edərək saçlarını böyük bir saç halqası ilə bəzəməyə qərar verib.
Makiyajda da 60-cı illər trendləri özünü göstərdi. Məşhur model Tvigginin gözlərinə çəkdiyi nazik oxlar ulduzların seçimləri arasında üstünlük təşkil edirdi. Belə oxların əsas üstünlüyü odur ki, hər hansı bir makiyaja asanlıqla uyğunlaşırlar. Məsələn, Billi Ayliş və Jenna Orteqa sadəcə qara göz layneri ilə kifayətlənmişdilər. Cici Hadid və braziliyalı müğənni Anitta isə uzun kirpikləri kontrastlı açıq kölgələrlə birləşdirməklə altmışıncı illərin başqa bir klassik makiyaj elementi təkrarlamışdı.
Digər xarakterik makiyaj elementləri arasında dumanlı və zərif pomada çalarları gəlir. Hətta maraqlıdır ki, dünənki tədbirdə qırmızı pomada pərəstişkarları dodaqlarını solğun çəhrayı və ya şaftalı çalarları ilə əvəz etməyə üstünlük veriblər. (publika)
1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şə
Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körp
Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satı�
Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkü
Xalq artisti Miri Yusif ailəsi ilə bağlı paylaşım edib.
Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına
Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danı�
Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yolu
Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətində hava həyəcanı siqnalı el
Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, məni
Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə çağırış yaşını endirməyi p