Arzuolunmaz hamiləliyin qarşısı belə alına bilər


Digərləri 09 Yan 2025 04:04:00 73 0

Arzuolunmaz hamiləliyin qarşısı belə alına bilər

2023-cü ildə Azərbaycanda ana ölümlərinin səviyyəsi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Bununla yanaşı hamilə qadınlar anemiya, qan dövranı sisteminin xəstəlikləri, proteinuriya, ödemlər və hipertenziv halları, cinsi yolla keçən və digər bu kimi səbəblərdən ümumilikdə 101 248 hamilə qadın xəstələnib və hamiləliyi riskli keçib.

Ekspertlər deyir ki, bu cür xəstəliklərin əsas səbəblərindən biri arzuolunmaz hamiləliklərin vaxtında qarşısının alınmamasıdır. Arzuolunmaz hamiləliklər və ailə planlaşdırılmasının düzgün aparılmaması fərdi problemlərlə yanaşı cəmiyyət səviyyəsində də bir sıra ciddi problemlər yaradır. Bura sağlamlıq, sosial, iqtisadi və psixoloji aspektləri əhatə edən problemləri misal göstərmək olar. 

Ailə planlaşdırılmasının düzgün aparılmaması bir sıra hallarda ananın və övladın ölümü ilə də nəticələnir. Belə ki, hamiləliyə tibbi cəhətdən hazır olmayan qadınlarda (xüsusilə gənc yaşda və ya 35 yaşdan sonra) ana və uşaq ölüm riskini artır. 

Ölkəmizdə bir çox ailələr arzuolunmaz hamiləliklərin qarşısını abortlarla almağa çalışır. Belə ki, ölkə üzrə abortların sayı 2021 ci ildə 46 877, 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 olub. 15 49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub. Lakin bu da öz-özlüyündə ciddi fəsadlar törədir. Təhlükəsiz olmayan abortlar ağır qanaxma, infeksiya, sonsuzluq və hətta ölümlə nəticələnə bilər. Bu həmçinin depressiya, stres və post-travmatik stres pozuntusuna (PTSP) səbəb ola bilər. Qısa doğuş intervalları və ardıcıl hamiləliklər nəticəsində isə yenidoğulmuşlar zəif çəki, vaxtından əvvəl doğuş və inkişaf geriliyi ilə doğula bilərlər. Həmçinin bu prosesin tənzimlənməməsi sosial, iqtisadi və uşaqlar üçün problemlər yaradır.

Maddi və emosional olaraq hazır olmadan dünyaya gələn uşaqlar ailədaxili gərginlik və münaqişələrə səbəb ola bilər. Yeniyetmə yaşda olan hamiləliklər qızların təhsilini yarımçıq qoymasına və sosial həyatdan uzaqlaşmasına səbəb olur. Ailə planlaşdırması olmayan cəmiyyətlərdə qadınlar arzuolunmaz hamiləliklər səbəbindən zorakılığa məruz qala bilər.

Bu cür doğuşlar, həm də ailənin iqtisadi vəziyyətini çətinləşdirir. Ailə daha çox uşağa baxmaq məcburiyyətində qalır, bu da gəlir azlığına səbəb ola bilər. Həmçinin bu səhiyyə sisteminə əlavə yük yaradır və dövlətin sosial yardım xərclərini artırır.

Ailə planlaşdırması olmayan ailələrdə böyüyən uşaqlar yetərli təhsil, qidalanma və diqqət ala bilmirlər. Valideyn qayğısı və nəzarəti çatışmayan uşaqlar gələcəkdə sosial uyğunsuzluq və cinayətkarlığa meylli ola bilərlər.

Modern.az-a açıqlamasında arzuolunmaz hamiləliklərin qarşısını almaq üçün reproduktiv sağlamlığın və cəmiyyətin bunu qəbul etməsinin önəmindən danışan sosioloq Lalə Mehralı bildirib ki, reproduktiv sağlamlıq ən birinci cinsi tərbiydir.

"Reproduktiv sağlamlıq bizim bütün həyatımız boyu  fiziki, psixoloji, sosial rifahımız deməkdir. Bu elə bir sistemdir ki, özündə nəinki cinsi tərbiyəni, eləcə də cinsi sağlamlığı qorumağı, yoluxucu xəstəliklərlə mübarizəni, cinsi savdlılığı ehtiva edir. Ümumi sağlamlıq da şərtdir təbii, lakin reproduktiv sağlamlığın qorunması həm də sağlam nəsil, sağlam ailə və sağlam gələcək deməkdir", - o qeyd edib.

Sosioloq planlaşdırılmış ailə və planlaşdırılmış hamiləliyin daha sağlam bir nəsilartırma ilə ailənin rifahını artırdığını vurğulayıb:

"Siz bu sayədə istədiyiniz zaman övlad sahibi ola bilirsiniz, üstəlik ən yaxşı şərtlərdə və ən sağlam vəziyyətdə bunu edirsiniz. Reprodiktiv bilik sayəsində ailədə uşaqların sayı valideynlərin istəyi, həyat tərzi, təhsili və maddi imkanlarına uyğun planlaşdırılır. Bu da təbii olaraq uşaqların daha sağlam və rifahı yüksək ailədə böyüməsinə xidmət edir". 

O qeyd edib ki, əgər reprodiktiv sağlamlıq təmin olunmasa bu həm ailənin, həm cəmiyyətin, həm də dövlətin rifahına təsir edir.

"Doğrudur, daha çox nəsilartırmanın, çoxuşaqlılığın tərəfdarıyıq, lakin əgər şərtlər imkan vermirsə, uyğun şərait yoxdursa planlaşdıraraq nəsil artırmaq lazımdır. Uşaqlara daha yaxşı həyat, daha yaxşı təhsil verə bilmək üçün bu şərtdir"- deyə sosioloq sonda qeyd edib.

Tibb üzrə mütəxəssislər bildirir ki, ailə planlaşdırmasının düzgün aparılmasının və arzulonmaz hamiləliklərin qarşısını alınmasının bir sıra üsulu var. 

1. Təbiətə və ya digər adı ilə insan bədəninə əsaslanan üsullar - Qadının menstrual dövrünə əsaslanaraq məhsuldar günləri müəyyən etmək. Yumurtlama zamanı bədən temperaturundakı dəyişiklikləri izləmək. Yumurtlama dövründə servikal mayenin vəziyyətini izləmək.

2. Məhsuldarlığın müvəqqəti qarşısını alan üsullar -   Hormonal kontraseptivlər - Həblər, iynələr, implantlar və hormonal spiral (IUD). Barrier üsulları - Prezervativ, diafraqma və spermisidlər (sperma öldürücü gellər). İntrauterin cihazlar (IUD) - Hormonal və ya mis spiral.  Fövqəladə kontraseptivlər - Qorunmasız cinsi əlaqədən sonra hamiləliyin qarşısını almaq üçün istifadə edilən "səhərdən sonra həbləri".

3. Daimi üsullar - Sterilizasiya, kişilərdə vasektomiya, qadınlarda isə boru bağlanması (Fallop borularının bağlanması)

4. Təhsil və maarifləndirmə üsulu -  Cəmiyyət arasında reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında biliklərin artırılması, yeniyetmələr və gənclər üçün xüsusi maarifləndirmə proqramları, ailələrin reproduktiv sağlamlığa dair peşəkar tibbi məsləhət alması.

Ad günündə Aysuna edilən sürpriz kövrəltdi  VİDEO like
  • 09 Yan 03:03  
Şou-biznes Ad günündə Aysuna edilən sürpriz kövrəltdi VİDEO

Müğənni Aysun İsmayılova doğum gününü qeyd edib.

arrow Ətraflı
Gündə 10 dəqiqə: ürəyinizi xəstəliklərdən belə qoruyun like
  • 09 Yan 02:02  
Digərləri Gündə 10 dəqiqə: ürəyinizi xəstəliklərdən belə qoruyun

Araşdırmalar göstərib ki, hətta on dəqiqəlik qısa gəzinti belə ürək

arrow Ətraflı
"Hansı verilişə baxırsan davaqırğındır"  VİDEO like
  • 09 Yan 01:01  
Şou-biznes "Hansı verilişə baxırsan davaqırğındır" VİDEO

"Ya qırğın, ya da ağlamaqdan başqa heç nə görmürük"

arrow Ətraflı
Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər like
  • 09 Yan 00:49  
Dünya Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər

Çadın paytaxtı Njamenada silahlı şəxslər prezident sarayına hücum edibl

arrow Ətraflı
Məxfi sənədlər dərc edildi: Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib? like
  • 09 Yan 00:48  
Dünya Məxfi sənədlər dərc edildi: Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?

Birləşmiş Krallıqda yerləşən "Declassified UK" nəşri Suriyan�

arrow Ətraflı
Azərbaycanda sürüşmə sahələrində aktivlik like
  • 09 Yan 00:37  
Digərləri Azərbaycanda sürüşmə sahələrində aktivlik

Ölkə ərazisində sürüşmə sahələrində aktivlik müşahidə olunur.

arrow Ətraflı
Misirə uçan təyyarə Səudiyyə Ərəbistanında təcili eniş etdi like
  • 09 Yan 00:27  
Dünya Misirə uçan təyyarə Səudiyyə Ərəbistanında təcili eniş etdi

Efiopiyadan-Qahirəyə uçan təyyarə Səudiyyə Ərəbistanında təcili eniş

arrow Ətraflı
Azərbaycanda şagirdlər arasında DAVA: xəsarət alan var like
  • 09 Yan 00:22  
Digərləri Azərbaycanda şagirdlər arasında DAVA: xəsarət alan var

Şabranda 10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.

arrow Ətraflı
Bu tələbələrin təqaüdləri artırıla bilər  RƏSMİ like
  • 09 Yan 00:19  
Digərləri Bu tələbələrin təqaüdləri artırıla bilər RƏSMİ

"Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin

arrow Ətraflı
Günün qoroskopu: Keçmiş təcrübələrinizdən dərs çıxarmaq üçün vaxt ayırın like
  • 09 Yan 00:01  
Digərləri Günün qoroskopu: Keçmiş təcrübələrinizdən dərs çıxarmaq üçün vaxt ayırın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq  Fotolar like
  • 08 Yan 23:48  
Digərləri Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq Fotolar

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən m�

arrow Ətraflı
Bu peşə və sahələrdə çalışanların da maaşı artacaq like
  • 08 Yan 23:40  
Digərləri Bu peşə və sahələrdə çalışanların da maaşı artacaq

Bu peşə və sahələrdə çalışanların da maaşı artacaq.

arrow Ətraflı
LosAncelesdə şiddətli yanğın  Hollivud çarəsizdir like
  • 08 Yan 23:30  
Dünya LosAncelesdə şiddətli yanğın Hollivud çarəsizdir

Hollivudda bir çox tədbir Los-Anceles boyunca davam edən güclü meşə yanğ

arrow Ətraflı
ABŞ və bu ölkə arasında viza rejimi ləğv edilir like
  • 08 Yan 23:02  
Dünya ABŞ və bu ölkə arasında viza rejimi ləğv edilir

Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız dax

arrow Ətraflı