Vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxıldı
Kriminal 04 May 2023 22:20:00 297 0
Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb.
Bu xəbəri də oxu: Rail Abbasovun cəzası bəlli oldu
Son.az axar.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb.
Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə barəsində iş açılmış M.Ağayev sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərib Nadirova isə 4 il 3 ay həbs cəzası verilib.
Qeyd edək ki, məlum torpaq qalmaqalı həyatda olan 2 qadının ölmüş şəxs kimi qeydiyyata alınaraq onların adına olan torpaqların mənimsənilməsi faktı üzə çıxdıqdan sonra yaranmışdı. Bundan sonra çoxsaylı digər qanunsuz əməllər də üzə çıxıb. Türkan qəsəbəsi və ətraf ərazilərdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir neçə nəfər, həmçinin qəsəbənin icra nümayəndəsi də daxil olmaqla müxtəlif şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə çağırış yaşını endirməyi p
ABŞ-da Azərbaycan, Ermənistan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin x
"ABŞ heç bir şəkildə Kremlə pilotsuz təyyarə hücumunun təşkilind
Həyat yoldaşı Kadir Doğulu ilə gündəmdən düşməyən Neslihan Atagül &
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında taxıl sazişi il
5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-3
"Bu, İranda 5 bomba istehsalı üçün kifayətdir".
Cümhur İttifaqı olaraq zəncirləri qıra-qıra zəfərə doğru addımlayır
Sabah əqrəb bürcündə 14 dərəcə yarım kölgəli Ay tutulması baş verə
"Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır".
Bir zamanlar səki boyunca ağaclar və yaşıllıqla əhatələnən ərzilərd�