"Ərazi bütövlüyü məsələsində Azərbaycana qarşı açıqaşkar böyük ədalətsizlik var"
Siyasət 03 May 2023 22:45:00 246 0
Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur.
Bu xəbəri də oxu: Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən konfransda ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaferin "ABŞ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməlidir və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməlidir. Bu sözlər açıq-aşkar Sizin ərazi bütövlüyünüzü təşviq etmir. Bunun niyə belə olduğunu izah edin" sualına cavabında söyləyib.
Dövlətimizin başçısı deyib: Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Ona görə də buna çox diqqət yetirmirik".
Rusiyanın Zelenskini və onun kabinetini fiziki cəhətdən məhv etməkdən ba
Biz regionda ən böyük hava daşımaları şirkəti və Şərq-Qərb, Şimal-C
Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı nəinki əraz
Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələr
Alimlər səhər yeməyi ilə diabet arasında əlaqə tapıblar.
"Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə sülh sazişi imz
"İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzal
Orqanlarınız gün ərzində bədəninizi toksinlərdən təmizləmək üçün
ABŞ dövlət katibi Entoni Blinken Ukrayna tərəfindən Kremlinə dron hücumu
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V
Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dö
Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nə
Qazın nəqli üçün imkanlar olmalıdır, TAP genişləndirilməlidir.