87 kq çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb


Kriminal 01 May 2023 12:16:00 277 0

87 kq çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Son.az-a DSX-dən bildirilib.

Aprel ayının 25-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 100 qram narkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M-40 həbləri) aşkar olunaraq götürülüb.

Aprel ayının 29-da saat 00:05-də Dövlət Sərhəd Xidmətinin "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilmişdir. Saat 00:25-də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri 1965-ci il təvəllüdlü Əsgərov Rəfael Əlövsət oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Əsgərzadə Kənan Rafael oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilib.

Aprel ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram 470 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Aprel ayının 30-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 600 qram narkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və 11758 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin-150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M-40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin aşkar olunduğu ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş 1 (bir) nəfər şübhəli şəxsin axtarışı aparılır.

May ayının 1-də saat 04:25-də Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər like
  • 01 May 11:56  
Digərləri Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük

arrow Ətraflı
Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı like
  • 01 May 11:54  
Digərləri Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı

Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüsta

arrow Ətraflı
Ermənilərin tək arzusu Türkiyə ilə sərhədin açılmasıdır like
  • 01 May 11:49  
Digərləri Ermənilərin tək arzusu Türkiyə ilə sərhədin açılmasıdır

Türkiyə ilə sərhədlərin açılmasına Ermənistanda maraq kəskin şəkild

arrow Ətraflı
Anar Aygünü təhqir etdi: “Qoca transa oxşayır...“  like
  • 01 May 11:42  
Şou-biznes Anar Aygünü təhqir etdi: “Qoca transa oxşayır...“

Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşü

arrow Ətraflı
“Əlil Qadınlar Cəmiyyəti”nin sədrinə 1 milyon "atan" axtarışa verildi like
  • 01 May 11:29  
Digərləri “Əlil Qadınlar Cəmiyyəti”nin sədrinə 1 milyon "atan" axtarışa verildi

Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Rəhim

arrow Ətraflı
"Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı" like
  • 01 May 11:24  
Siyasət "Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı"

Heydər Əliyev Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarş

arrow Ətraflı
Məşhur aktrisanın yeni sevgilisi kimdir? like
  • 01 May 10:49  
Şou-biznes Məşhur aktrisanın yeni sevgilisi kimdir?

Türkiyəli məşhur aktrisa Melis Sezenin yeni sevgilisi var.

arrow Ətraflı
Sel baş verən ərazilərdə ziyan görən fermərlərə yardım ediləcək? like
  • 01 May 10:29  
Digərləri Sel baş verən ərazilərdə ziyan görən fermərlərə yardım ediləcək?

Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin i�

arrow Ətraflı
Bakıda bahalı avtomobil qəza törətdi, like
  • 01 May 10:14  
Digərləri Bakıda bahalı avtomobil qəza törətdi,

Bakıda bahalı avtomobil ağır qəza törədib.

arrow Ətraflı
IGB Bolqarıstanın regional qaz habına çevrilməsinə imkan verəcək like
  • 01 May 10:09  
Digərləri IGB Bolqarıstanın regional qaz habına çevrilməsinə imkan verəcək

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstanın müxtəlif mənb�

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Vyana Kamera Orkestrinin konserti olacaq like
  • 01 May 10:04  
Kriminal Heydər Əliyev Mərkəzində Vyana Kamera Orkestrinin konserti olacaq

İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera O

arrow Ətraflı
Bakıda motosikletçi qız faciəvi şəkildə öldü like
  • 01 May 09:57  
Digərləri Bakıda motosikletçi qız faciəvi şəkildə öldü

Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.

arrow Ətraflı
Türkiyə MİT Suriyada əməliyyat keçirib, like
  • 01 May 09:51  
Digərləri Türkiyə MİT Suriyada əməliyyat keçirib,

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterro

arrow Ətraflı