Sel baş verən ərazilərdə ziyan görən fermərlərə yardım ediləcək?
Digərləri 01 May 2023 10:29:00 241 0
Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin iştirakı ilə bölgələrdə dolu, sel, subasma kimi sığorta hadisələrinin təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarlara vurduğu zərəri araşdırmağa başlayıblar.
Bu xəbəri də oxu: Bakıda Monqolustan əti satılır: 1315 manat
Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, təsərrüfatları zərər çəkmiş fermerlərin kspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.
"Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.Biz təsərrüfatlarını aqrar sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fonduna müraciət etməyə çağırırıq. Fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər".
V. Hüseynov bildirib ki, respublikada aqrar sığorta mexanizminin tətbiqi bu kimi hallarda fermerlərə dəymiş zərərin ödənilməsinə imkan verir.
"Bu səbəbdən öz əkin sahələrini, meyvə bağlarını sığorta etdirmiş fermerlər dəymiş zərərə görə sığorta vəsaiti alacaqlar. təsərrüfatlarını aqrar sığorta etdirməyən fermerlər Aqrar Sığorta Fondundan zərərə görə kompensasiya ala bilməyəcəklər: "Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə Fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizi dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edirik", - deyə V.Hüseynov qeyd edib.
Qeyd edək ki, dünən respublikanın bir çox rayonlarına dolu və leysan yağıb. Kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstanın müxtəlif mənb�
İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera O
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterro
Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tə
Xəbər verdiyimiz kimi, Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xa
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının
- Şirkətiniz, A-Medical pasiyentlər üçün hansı fürsətləri yaradır?
Ukraynadakı müharibə rus imperializminin mahiyyətini bütün dünyaya ifşa
"Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisəni
Sülh danışıqları üçün çağırışlarınızı Rusiya prezidentinə ünva
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata k