Xəstəxanalarda monitorinq aparılıb,


Digərləri 01 May 2023 09:45:00 239 0

Xəstəxanalarda monitorinq aparılıb,

Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində aparılan monitorinqlərin başlıca məqsədi icbari tibbi sığorta işinin təşkili prosesini qiymətləndirməkdir.

Qiymətləndirmə zamanı əsas götürülən meyarlar göndəriş vərəqəsinin rəsmiləşdirilməsi, qəbul və qeydiyyat prosesinin tənzimlənməsi, icbari tibbi sığorta haqqında maarifləndirici vasitələrin mövcudluğu, sığortaolunanların şikayətləri üzrə düzgün istiqamətləndirilməsi, tibb və qeyri-tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsi, növbələrin düzgün idarə olunması və digər məsələləri əhatə edib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, monitorinqlər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

"Monitorinqlər Agentliyin müvafiq struktur bölməsinin məsul əməkdaşlarından ibarət işçi qrupu tərəfindən aparılır. Ehtiyac olduqda digər struktur bölmələrin mütəxəssisləri də qrupa cəlb olunur. Monitorinqlər adətən planlı şəkildə, cədvələ uyğun aparılır. Əlavə olaraq müxtəlif səbəblərdən ən çox şikayət daxil olan tibb müəssisələri də monitorinq olunur. Qeyd edim ki, aprel ayından etibarən Agentliyin filialları tərəfindən monitorinqlər regionlarda təşkil edilir. Gələcəkdə analoji monitorinqlərin Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində də aparılması nəzərdə tutulur," - H.İbrahimli qeyd edib.

O əlavə edib ki, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir. Bir müddət sonra müvafiq tibb müəssisəsində ilkin yoxlama zamanı meydana çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkrar monitorinq aparılır. Çatışmazlıqlarla yanaşı xəstəxanalarda icbari tibbi sığortanın təşkili sahəsində əldə olunan uğurlu nəticələrlə bağlı məlumatlar toplanılaraq digər tibb müəssisələri ilə paylaşılır.

Sərhədburaxılış məntəqəsindən like
  • 01 May 09:39  
Siyasət Sərhədburaxılış məntəqəsindən

Xəbər verdiyimiz kimi, Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xa

arrow Ətraflı
Neftin qiyməti yenidən enib like
  • 01 May 09:34  
Dünya Neftin qiyməti yenidən enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Daha keyfiyyətli, daha ucuz, daha etibarlı: xaricdə müalicənin like
  • 01 May 09:30  
Digərləri Daha keyfiyyətli, daha ucuz, daha etibarlı: xaricdə müalicənin

- Şirkətiniz, A-Medical pasiyentlər üçün hansı fürsətləri yaradır?

arrow Ətraflı
Zurabişvili: Rusiyaya aydın cavabımız olmalıdır! like
  • 01 May 09:15  
Dünya Zurabişvili: Rusiyaya aydın cavabımız olmalıdır!

Ukraynadakı müharibə rus imperializminin mahiyyətini bütün dünyaya ifşa

arrow Ətraflı
Məşqdə ölən 7 yaşlı uşaqla tanınmış məşqçisi qohum imiş... like
  • 01 May 09:08  
Digərləri Məşqdə ölən 7 yaşlı uşaqla tanınmış məşqçisi qohum imiş...

"Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisəni

arrow Ətraflı
Zelenskidən yox, Putindən istəyin like
  • 01 May 09:00  
Dünya Zelenskidən yox, Putindən istəyin

Sülh danışıqları üçün çağırışlarınızı Rusiya prezidentinə ünva

arrow Ətraflı
Üzərində tapança gəzdirən keçmiş məhkum SAXLANILDI  FOTO like
  • 01 May 08:56  
Kriminal Üzərində tapança gəzdirən keçmiş məhkum SAXLANILDI FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata k

arrow Ətraflı
Bakının bu yollarında TIXAC VAR like
  • 01 May 08:52  
Digərləri Bakının bu yollarında TIXAC VAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

arrow Ətraflı
Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir? like
  • 01 May 08:48  
Digərləri Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?

ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər

arrow Ətraflı
Mannadan yadigar qalan şəhərimiz  FOTO like
  • 01 May 08:44  
Digərləri Mannadan yadigar qalan şəhərimiz FOTO

Son.az kult.az-a istinadən "Güney Azərbaycanı tanıyaq" layihəsi

arrow Ətraflı
Türkiyədə tələbələri daşıyan avtobus aşıb: like
  • 01 May 08:39  
Dünya Türkiyədə tələbələri daşıyan avtobus aşıb:

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşmas

arrow Ətraflı
Ukraynadan vətəndaşlarına çağırış: like
  • 01 May 08:25  
Dünya Ukraynadan vətəndaşlarına çağırış:

Rusiyanın nəzarətində olan ərazilərimizdəki ukraynalıların yaşamaq ü�

arrow Ətraflı
Bu gündən Azərbaycanda like
  • 01 May 08:19  
Digərləri Bu gündən Azərbaycanda

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən

arrow Ətraflı
Tənhalıq insan orqanizminə aclıq qədər ziyan vurur like
  • 01 May 08:15  
Digərləri Tənhalıq insan orqanizminə aclıq qədər ziyan vurur

8 saatlıq tənhalıq insanlarda uzun müddət yeməksiz qaldığı qədər ener

arrow Ətraflı
Zarina azərbaycanlı qızları ƏLƏ SALDI: like
  • 01 May 08:09  
Şou-biznes Zarina azərbaycanlı qızları ƏLƏ SALDI:

"Bayaqdan mərkəzi küçələri gəzirəm. İndi də oturmuşam bir kafed�

arrow Ətraflı