Azərbaycanda 500dən çox xəstə böyrək axtarır


Digərləri 10 Yan 2025 13:02:00 76 0

Azərbaycanda 500dən çox xəstə böyrək axtarır

Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr aparılır. Sosial şəbəkələrdə və mətbuatda müxtəlif orqanların köçürülməsini gözləyən vətəndaşlarla bağlı xəbərlər yayılır.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası ötən əsrin 70-ci illərindən başlayıb. Həmin illərdə Azərbaycanda ilk dəfə böyrək köçürülməsi həyata keçirilib.

Müstəqillik illərində isə ilk orqan transplantasiyası 2000-ci illərin əvvələrində baş tutub. 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə bir insanın orqanı başqasına köçürülüb. Qaraciyərin köçürülməsinə isə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilib və yeni texnika ilə təchiz olunub. 2014-cü ildən isə ölkəmizdə sümük iliyi transplantasiyası olunur.

Modern.az orqan köçürülməsi gözləyən vətəndaşların sayı barədə məlumat əldə etmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda 500-dən çox xəstə böyrək köçürülməsi üzrə gözləmədədir.

"Hazırda 4000 Azərbaycan vətəndaşı dializdədir və onların donorları olmadığı üçün gözləmə siyahısında yer almayıblar. Qaraciyər üzrə orqan gözləyənlərin sayı 300-dən yuxarı, sümük iliyi üzrə isə 500-dən çoxdur", - qurumdan verilən açıqlamada qeyd olunur.

Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublikamızda transplantasiya əməliyyatlarının aparılması üçün 15 tibb müəssisəsinə icazə verilib. Bu müəssisələr müxtəlif tibbi sahələr üzrə ixtisaslaşmış və ümumi profilli klinikaları əhatə edir.

Rəsmi açıqlamada orqan transplantasiyası üçün tələb olunan əsas şərtlər də qeyd olunub:

1. Tibbi göstərişlər və uyğunluq: Orqan köçürülməsinə ehtiyac olan şəxsin ciddi tibbi diaqnozu olmalıdır. Resipient (orqanı qəbul edən şəxs) və donor arasında qan qrupu və toxuma uyğunluğu vacibdir.

2. Donorun razılığı: Canlı donor olarsa, onun sağlamlığı diqqətlə yoxlanılır və könüllü razılığı alınır. Meyit donorluğu olarsa, donorun və ya onun ailəsinin razılığı tələb olunur.

3. Tibbi testlər və analizlər: Həm donor, həm də resipient tam tibbi müayinədən keçirilməlidir. İnfeksion xəstəliklərin mövcudluğu yoxlanılır və immunoloji uyğunluq müəyyən edilir.

4. Hüquqi tənzimləmələr: Transplantasiya prosesi müvafiq qanunlara və qaydalara uyğun həyata keçirilməlidir. Azərbaycanda orqan donorluğu və transplantasiyası barədə qanuni əsaslarla müəyyən edilmiş qaydalar var. Donor seçimi prosesində əsas məqsəd - həm donorun, həm də resipientin təhlükəsizliyini və sağlamlığını təmin etməkdir.

Dünya şirkətləri işçilərini süni intellektlə əvəzləyir  Yüzlərlə adam işsiz qaldı like
  • 10 Yan 12:58  
Digərləri Dünya şirkətləri işçilərini süni intellektlə əvəzləyir Yüzlərlə adam işsiz qaldı

Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 4

arrow Ətraflı
Prezident Azərbaycan ilə Mərakeş Krallığı arasında olan bu Saziş təsdiqlədi like
  • 10 Yan 12:53  
Siyasət Prezident Azərbaycan ilə Mərakeş Krallığı arasında olan bu Saziş təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti

arrow Ətraflı
Ən faydalı meyvə və giləmeyvələr  SİYAHI like
  • 10 Yan 12:51  
Digərləri Ən faydalı meyvə və giləmeyvələr SİYAHI

Ən faydalı meyvə və giləmeyvələrin siyahısını Son.az sizə təqdim edi

arrow Ətraflı
“Sənətkarın dostu” layihəsi çərçivəsində Mələkxanım Eyubova ilə görüş keçiriləcək like
  • 10 Yan 12:48  
Kriminal “Sənətkarın dostu” layihəsi çərçivəsində Mələkxanım Eyubova ilə görüş keçiriləcək

14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliy

arrow Ətraflı
Samir Şərifov Baş nazirin müavini təyin edildi  SƏRƏNCAM like
  • 10 Yan 12:47  
Siyasət Samir Şərifov Baş nazirin müavini təyin edildi SƏRƏNCAM

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini tə

arrow Ətraflı
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi like
  • 10 Yan 12:46  
Siyasət Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən az

arrow Ətraflı
"Spiegel": Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir like
  • 10 Yan 12:46  
Dünya "Spiegel": Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir

Almaniya Federal Kansleri Olaf Şolts Xarici İşlər Nazirliyi və Müdafiə Na

arrow Ətraflı
Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artdı like
  • 10 Yan 12:40  
Digərləri Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artdı

Ölümündən sonra donor olmaq istəyən vətəndaşların sayı 2023-cü illə

arrow Ətraflı
Türkiyə 20 PKK terrorçusunu zərərsizləşdirdi  Ərdoğan xəbərdarlıq etmişdi like
  • 10 Yan 12:34  
Digərləri Türkiyə 20 PKK terrorçusunu zərərsizləşdirdi Ərdoğan xəbərdarlıq etmişdi

Suriyanın şimalında keçirilən əməliyyatda 20 PKK/YPG terrorçusu zərərs

arrow Ətraflı
İki metrostansiyanın tikintisi bu tarixdə başa çatacaq like
  • 10 Yan 12:23  
Digərləri İki metrostansiyanın tikintisi bu tarixdə başa çatacaq

Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasə

arrow Ətraflı
Niftulla Məmmədliyə ağır itki  24 yaşlı xanımı vəfat etdi like
  • 10 Yan 12:18  
Digərləri Niftulla Məmmədliyə ağır itki 24 yaşlı xanımı vəfat etdi

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmm

arrow Ətraflı
Mənzil almaq istəyənlərin nəzərinə  Qiymətlər ucuzlaşa bilər like
  • 10 Yan 12:13  
Digərləri Mənzil almaq istəyənlərin nəzərinə Qiymətlər ucuzlaşa bilər

"Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tiki

arrow Ətraflı
Ermənistanda deputatlar arasında dava düşdü, Paşinyan iclası tərk etdi like
  • 10 Yan 12:05  
Dünya Ermənistanda deputatlar arasında dava düşdü, Paşinyan iclası tərk etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən "

arrow Ətraflı
Bakıya bu tarixdə qar yağacaq like
  • 10 Yan 11:53  
Digərləri Bakıya bu tarixdə qar yağacaq

Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar

arrow Ətraflı
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi like
  • 10 Yan 11:50  
Siyasət Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi

YouTube-da və sosial şəbəkələrdə yayılmış bu kadrlar gerçəkdən də,

arrow Ətraflı