"Spiegel": Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir
Dünya 10 Yan 2025 12:46:00 56 0
Almaniya Federal Kansleri Olaf Şolts Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təklif etdiyi Ukraynaya yeni böyük hərbi yardım paketinə razılıq vermir.
Bu xəbəri də oxu: Eksprezident həyat yoldaşının yanında dəfn edildi
Son.az xəbər verir ki, bu barədə "Spiegel"in məlumatında deyilir.
Məlumatlara görə, Almaniya hökumətində - yaxınlarda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində - Ukraynaya əlavə hərbi yardım mövzusunda həftələrdir mübahisə gedir.
"Yaşıllar" partiyasından olan xarici işlər naziri Annalena Berbok və Şoltsun həmpartiyalısı, müdafiə naziri Boris Pistorious növbədənkənar seçkilərdən əvvəl - 23 fevrala qədər Ukraynaya ən vacib silahları tədarük etmək üçün təxminən 3 milyard avro məbləğində əlavə yardım ayrılmasını təklif ediblər.
Yardım paketi Ukrayna tərəfinin tələblərinə uyğun şəkildə tərtib edilib. Paketdə 3 ədəd IRIS-T batareyası və onların işləməsi üçün tutucu raketlər, Patriot sisteminə əlavə tutucular, 10 özüyeriyən haubitsa və artilleriya mərmiləri yer alıb.
Pistorious və Berbok bu addımın Ukraynaya alman yardımının azalmayacağını göstərən mühüm bir siqnal olacağına inanırlar.
Nazirlərin planı belə idi ki, hökumət qeyri-planlaşdırılmış xərclərə dair razılıq üçün Bundestaqın büdcə komitəsinə müraciət etsin. Əvvəlki təcrübələrdə bu mexanizmdən istifadə edilib. Onlar, xüsusilə, Şərq cəbhəsində ağır vəziyyəti və ABŞ-ın Donald Trampın yenidən hakimiyyətə gəlməsi səbəbindən gələcəkdə göstərə biləcəyi yardımın qeyri-müəyyənliyini əsas gətirirdilər.
Lakin yanvar ayından etibarən paket hazırlığındakı iş dayanıb, çünki Şoltsun ofisindən əlavə xərclərə qarşı çıxıldığını bildirən siqnallar gəlib.
Ölümündən sonra donor olmaq istəyən vətəndaşların sayı 2023-cü illə
Suriyanın şimalında keçirilən əməliyyatda 20 PKK/YPG terrorçusu zərərs
Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasə
"Azərişıq" ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmm
"Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tiki
Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən "
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar
YouTube-da və sosial şəbəkələrdə yayılmış bu kadrlar gerçəkdən də,
6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direkt
Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 s
"Oskar" mükafatlandırma mərasiminin vaxtı dəyişdirilib.
Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edili
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl