Mənzil almaq istəyənlərin nəzərinə Qiymətlər ucuzlaşa bilər
Digərləri 10 Yan 2025 12:13:00 59 0
"Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.
Bu xəbəri də oxu: Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:
"Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni, bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Ayındır ki, gəlir nə qədər çox olursa ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalmasına və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək".
Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən "
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar
YouTube-da və sosial şəbəkələrdə yayılmış bu kadrlar gerçəkdən də,
6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direkt
Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 s
"Oskar" mükafatlandırma mərasiminin vaxtı dəyişdirilib.
Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edili
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl
Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb,
2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi v
Bu il 20 ədəd yeni metro vaqonunun gətirilməsi planlaşdırılır.
"Olub, əlbəttə, yalan deməyim. Ad çəkmirəm, çünki yaşayırlar"
Birləşmiş Millətlər Təşkilatı (BMT) "2025-ci il üçün dünyanın