Bakıda qadın bud əməliyyatına girdi, burnunu kəsdilər


Digərləri 10 Yan 2025 15:45:00 86 0

Bakıda qadın bud əməliyyatına girdi, burnunu kəsdilər

2019-cu ildə ATV kanalında yayımlanan "Bizimlə dəyiş: 10 yaş gəncləş" proqramına qatılmaq üçün orada göstərilən nömrə ilə əlaqə saxladım. Fidan adlı xanım mənə əməliyyatın cüzu ödənişlə həyata keçiriləcəyini dedi. Qəbul etdim. 2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu.

Milli.az bakupost.az-a istinadla xəbər verir ki, bunu keçirdiyi estetik əməliyyat nəticəsində sağlamlığına ziyan dəydiyini iddia edən Aynur Əkbərova jurnalist Qənirə Ataşla canlı yayımda bildirib.

Liposaksiya və budgərmə əməliyyatı olmaq istəyən A.Əkbərova iddia edir ki, həm bədəni deformasiyaya uğrayıb, həm də burnu zədələnib:

"Məni Ramil adlı vasitəçi fevral ayında Elnur Məhrəliyevin yanına apardı. Çəkilişlərə görə budgərmə əməliyyatı və liposaksiya olacağımı bildirdilər. Amma 28 fevral gecəsi əməliyyatdan sonra məni palatadan çıxardılar. Heç bir xəstəlik tarixçəsi təqdim edilmədən, 3 ay boyunca mütəmadi olaraq müalicə aldım. Sonradan öyrəndiyim ki, əməliyyat zamanı yanlış bud içi əməliyyatı olunmuşam. Hətta klinik ölüm keçirmişəm. Kliniki ölüm keçirərkən, Elnur Məhrəliyevin tapşırığı ilə məndən imzalı razılıq sənədi alındı və gecə ilə xəstəxanadan uzaqlaşdırıldım. Səhəri gün bu hadisəni Ramil adlı şəxsə bildirdim. O, mənə müalicəmi evdə davam etdirməyi məsləhət gördü, dərman və digər vasitələri alıb gətirəcəyini dedi. Mən vəziyyətin bu qədər ciddi olduğunu anlamadığım üçün əhəmiyyət vermədim. 3 ay sonra karset çıxarılanda gördüm ki, bədənim tamamilə deformasiyaya uğrayıb".

Şikayətçi bildirib ki, Ramil adlı dəllal təhsilsiz həkimlərə pasiyent tapan, pasiyentlərlə həkimləri əlaqələndirən vasitəçidir:

"Bu şəxslər telekanallarda yayımlanan proqramlar vasitəsilə reklam edilir və pulla müştəri cəlb olunur. Belə proqramlar bu gün də davam edir. Məsələn, bəzi klinikalarda, istər plastik cərrahiyyə, istər ginekoloji, istərsə də süni mayalanma sahəsində, pasiyentlərdən telefonlar alınır və onların məlumatları gizli saxlanılır. Bu məsələni araşdırsanız, belə halların çox olduğunu görərsiniz".

A.Əkbərova bildirib ki, Elnur Mehrəliyev tərəfindən həyata keçirilən birinci uğursuz əməliyyatla bağlı şikayət etməməsi üçün məsələnin həllini başqa cür təklif edibər. Belə ki, zərərçəkən E.Mehrəliyevin yaratdığı fəsadları aradan qaldırmaq üçün "Şəfqət" klinikasında Abbas İmanovun yanına gedib:

"Əslində, bu seçimi də mən etməmişdim. Ramin adlı makler aparmışdı. Budgərmə əməliyyatına girdiyim halda, narkozdan ayılanda gördüm ki, əllərim bağlıdır. Həkimlər məni sakitləşdirirdilər: "Əlləriniz bağlıdır, burnunuzda əməliyyat aparılıb". Burun əməliyyatı? Heç deyən olmadı ki, bu xanımın burnunda problem varmı? Plastik əməliyyata ehtiyac varmı? Sonra Abbas həkimə sual verdim: "Mənim burnumda problem varmı?" O isə irişərək cavab verdi ki, "yox".

Beləliklə, Elnur Mehrəliyev məni klinik ölümə məruz qoyaraq əməliyyatı yarımçıq saxladı. Daha sonra "Şəfqət" klinikasına, Abbas həkimin yanına apardılar. O da mənim budumu yox, özümdən xəbərsiz burnumu əməliyyat etdi. Bəli, bu hadisə baş verdi. Bunlar hələ budla burnu bir-birindən ayırd edə bilmir".

Şikayətçinin sözlərinə görə, 2020-ci ildə Abbas həkimin "Şəfqət" klinikasından xaric olunduğu deyilsə də, əslində o, orada işini davam etdirir:

"Təxminən 3 ay əvvəl bir televiziya çəkilişi əsasında biz zəng vurduğumuzda məlum oldu ki, Abbas həkim "Şəfqət" klinikasında əməliyyatlar aparır. Klinikanın baş həkimi Fikrət Baxşəliyev deyir ki, biz o cərrahiyyə otaqlarını icarəyə veririk. Bəli, Abbas kimi budla burnu səhv salan həkimlərə əməliyyat otaqları icarəyə verilir .Əməliyyat otağında baş verənlər klinika rəhbərlərini maraqlandırmır. Mən tələb edirəm ki, Ramil adlı dəllalın qarşısı alınsın. Ramil, Abbas, Elnur tapılsın. Hamısı yerindədir. Çanaqla burnu səhv salan həkimin də adının saxta sertifikatla işləyən həkimlərin cərgəsində qeyd edilməsini çox istəyirəm. Hazırda "Şəfqət" klinikasında Fikrət Baxşəliyevin nəzarətində olan Abbas Tofiq oğlu İmanov kimi həkimlər budla burunun yerini bilmir".

Qeyd edək ki, pasiyentin ikinci dəfə əməliyyat olunduğu "Şəfqət" klinikası Sumqayıtda yerləşir. Klinikadan bildirdilər ki, cərrah Abbas İmanov başqa klinikada işləyir, nadir halllarda, əməliyyatı olduqda "Şəfqət" klinikasına gəlir. Beləliklə, aydın oldu ki, cərrah orada əməliyyatxananı icarəyə götürüb xəstələri əməliyyat edir. A.İmanovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Pasiyentə ilk əməliyyatı edən Elnur Mehralı isə laporoskopik estetik cərrah kimi fəaliyyət göstərir. O, ATU-nun Müalicə işi fakültəsini bitirib. Sonra 2 il Xarkov Tibb Akademiyasında staj keçib.

"Kişi qalmayıb" deyən Danla özünə sevgili tapdı  FOTO like
  • 10 Yan 15:40  
Şou-biznes "Kişi qalmayıb" deyən Danla özünə sevgili tapdı FOTO

Sosial media fenomeni Danla Bilic "Türkiyədə kişi qalmayıb" ifad

arrow Ətraflı
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi like
  • 10 Yan 15:26  
Digərləri İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Milli Məkan Məlumatlar

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” like
  • 10 Yan 15:25  
Digərləri Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”

"Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya k

arrow Ətraflı
"Polat" Məkkədə görüntüləndi   VİDEO like
  • 10 Yan 15:20  
Şou-biznes "Polat" Məkkədə görüntüləndi VİDEO

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Polat Alemdar obraz

arrow Ətraflı
Əməliyyat otağında ad günü qeyd edən həkimlə bağlı  RƏSMİ AÇIQLAMA like
  • 10 Yan 15:15  
Digərləri Əməliyyat otağında ad günü qeyd edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər mediada "Əməliyyat zamanı doğum günü cərrah xəstənin

arrow Ətraflı
Mərdan Əliyev vəzifəsindən azad edildi like
  • 10 Yan 15:14  
Digərləri Mərdan Əliyev vəzifəsindən azad edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Mərda

arrow Ətraflı
İlham Əliyev Küveyt səfirinin etimadnaməsini qəbul edib  FOTO like
  • 10 Yan 15:13  
Siyasət İlham Əliyev Küveyt səfirinin etimadnaməsini qəbul edib FOTO

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Xalq artisti Röya Ayxan 2025ci ildə ilk mahnısını təqdim edib like
  • 10 Yan 14:57  
Şou-biznes Xalq artisti Röya Ayxan 2025ci ildə ilk mahnısını təqdim edib

Müğənninin "Boş bəhanələr" adlanan yeni mahnısının sözləri

arrow Ətraflı
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı like
  • 10 Yan 14:53  
Digərləri Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

Bələdiyyə seçkisində dairələr üzrə namizədlər məlum olub.

arrow Ətraflı
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı like
  • 10 Yan 14:50  
Siyasət “Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı

Azərbaycanda "Rəqəmsal ekologiya" informasiya sistemi (REİS) yarad

arrow Ətraflı
Eksprezident həyat yoldaşının yanında dəfn edildi like
  • 10 Yan 14:47  
Dünya Eksprezident həyat yoldaşının yanında dəfn edildi

ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dəfn mərasimi Plains şəhərində (C

arrow Ətraflı
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb like
  • 10 Yan 14:40  
Digərləri Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb

Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyek

arrow Ətraflı
Vətəndaşlar peyvənd olunmaqda maraqlıdır? like
  • 10 Yan 14:33  
Digərləri Vətəndaşlar peyvənd olunmaqda maraqlıdır?

Son günlər ölkə ərazisində yayılan virusdan qorunmaq üçün ən effektiv

arrow Ətraflı
Los Ancelesdəki Baş konsulluğumuza ziyan dəyib?  AÇIQLAMA like
  • 10 Yan 14:24  
Digərləri Los Ancelesdəki Baş konsulluğumuza ziyan dəyib? AÇIQLAMA

ABŞ-nin Los Anceles şəhərində baş vermiş şiddətli yanğınlar nəticəs

arrow Ətraflı
HB Güven Klinikasından ŞİKAYƏT: 11 aylıq körpənin başına gələnlər  İDDİA like
  • 10 Yan 14:20  
Digərləri HB Güven Klinikasından ŞİKAYƏT: 11 aylıq körpənin başına gələnlər İDDİA

Bakıda yerləşən HB Güven Klinikasında 11 aylıq uşağını xəstəxanaya

arrow Ətraflı