İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi


Digərləri 10 Yan 2025 15:26:00 73 0

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Son.az xəbər verir ki, fərmanla İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Belə ki, sistemin sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.

Bu Əsasnamə "Milli Məkan Məlumatları" informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının (bundan sonra - qurumlar) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:

milli məkan məlumatları üzrə texniki tələblər toplusunun, milli məkan məlumatlarının, metaməlumatların formalaşdırılması və inteqrasiyası;

milli məkan məlumatlarının yaradılmasında təkrarçılığın aradan qaldırılması baxımından Azərbaycan Respublikasının dövlət büdcəsindən milli məkan məlumatlarının yaradılmasına ayrılan pul vəsaitinin səmərəli idarə edilməsi;

yaradılmış milli məkan məlumatlarına əlçatanlığın təmin edilməsi;

milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi.

Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın (bundan sonra - Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

Bu Əsasnamə əldə edilməsi qanunla məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” like
  • 10 Yan 15:25  
Digərləri Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”

"Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya k

arrow Ətraflı
"Polat" Məkkədə görüntüləndi   VİDEO like
  • 10 Yan 15:20  
Şou-biznes "Polat" Məkkədə görüntüləndi VİDEO

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Polat Alemdar obraz

arrow Ətraflı
Əməliyyat otağında ad günü qeyd edən həkimlə bağlı  RƏSMİ AÇIQLAMA like
  • 10 Yan 15:15  
Digərləri Əməliyyat otağında ad günü qeyd edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər mediada "Əməliyyat zamanı doğum günü cərrah xəstənin

arrow Ətraflı
Mərdan Əliyev vəzifəsindən azad edildi like
  • 10 Yan 15:14  
Digərləri Mərdan Əliyev vəzifəsindən azad edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Mərda

arrow Ətraflı
İlham Əliyev Küveyt səfirinin etimadnaməsini qəbul edib  FOTO like
  • 10 Yan 15:13  
Siyasət İlham Əliyev Küveyt səfirinin etimadnaməsini qəbul edib FOTO

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Xalq artisti Röya Ayxan 2025ci ildə ilk mahnısını təqdim edib like
  • 10 Yan 14:57  
Şou-biznes Xalq artisti Röya Ayxan 2025ci ildə ilk mahnısını təqdim edib

Müğənninin "Boş bəhanələr" adlanan yeni mahnısının sözləri

arrow Ətraflı
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı like
  • 10 Yan 14:53  
Digərləri Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

Bələdiyyə seçkisində dairələr üzrə namizədlər məlum olub.

arrow Ətraflı
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı like
  • 10 Yan 14:50  
Siyasət “Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı

Azərbaycanda "Rəqəmsal ekologiya" informasiya sistemi (REİS) yarad

arrow Ətraflı
Eksprezident həyat yoldaşının yanında dəfn edildi like
  • 10 Yan 14:47  
Dünya Eksprezident həyat yoldaşının yanında dəfn edildi

ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dəfn mərasimi Plains şəhərində (C

arrow Ətraflı
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb like
  • 10 Yan 14:40  
Digərləri Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb

Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyek

arrow Ətraflı
Vətəndaşlar peyvənd olunmaqda maraqlıdır? like
  • 10 Yan 14:33  
Digərləri Vətəndaşlar peyvənd olunmaqda maraqlıdır?

Son günlər ölkə ərazisində yayılan virusdan qorunmaq üçün ən effektiv

arrow Ətraflı
Los Ancelesdəki Baş konsulluğumuza ziyan dəyib?  AÇIQLAMA like
  • 10 Yan 14:24  
Digərləri Los Ancelesdəki Baş konsulluğumuza ziyan dəyib? AÇIQLAMA

ABŞ-nin Los Anceles şəhərində baş vermiş şiddətli yanğınlar nəticəs

arrow Ətraflı
HB Güven Klinikasından ŞİKAYƏT: 11 aylıq körpənin başına gələnlər  İDDİA like
  • 10 Yan 14:20  
Digərləri HB Güven Klinikasından ŞİKAYƏT: 11 aylıq körpənin başına gələnlər İDDİA

Bakıda yerləşən HB Güven Klinikasında 11 aylıq uşağını xəstəxanaya

arrow Ətraflı
Azərbaycanlı rejissordan təqdirəlayiq addım  Həqiqətin səsini ucaldan film like
  • 10 Yan 14:16  
Şou-biznes Azərbaycanlı rejissordan təqdirəlayiq addım Həqiqətin səsini ucaldan film

Azərbaycanlı tanınmış rejissor Ümid Amin yeni qısametrajlı film çəkib.

arrow Ətraflı
"Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi, bununla bağlı ərizə var" like
  • 10 Yan 14:12  
Şou-biznes "Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi, bununla bağlı ərizə var"

Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü

arrow Ətraflı