Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq
Digərləri 10 Yan 2025 10:24:00 81 0
Birləşmiş Millətlər Təşkilatı (BMT) "2025-ci il üçün dünyanın iqtisadi vəziyyəti və perspektivləri" adlı hesabatında 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının 3% səviyyəsində artacağını proqnozlaşdırır.
Bu xəbəri də oxu: "Apple" səsimizi dinlədiyinə görə məhkəməni uduzdu: Hər cihaza görə 34 manat ödəniləcək
Son.az xəbər verir ki, proqnozlaşdırılan artım tempi MDB ölkələri üçün gözlənilən orta göstəricini üstələyir. Belə ki, yaxın iki il üçün bu ölkələrdə artım tempi 2,5% səviyyəsində təxmin edilir. Enerji ixrac edən MDB ölkələri üçün isə bu rəqəm 2,1% təşkil edir.
"2024-cü ildə Azərbaycanda iqtisadi artım daxili tələbin artması və qeyri-neft sektorundakı aktivlik sayəsində sürətlənib. Ölkənin təbii qazına olan qlobal tələbatın artacağı gözlənilir ki, bu da 2025-ci ildə iqtisadi artıma müsbət təsir göstərəcək", - hesabatda qeyd olunur.
Təşkilatın proqnozlarına əsasən, qarşıdakı iki ildə ölkədə inflyasiya tədricən azalacaq və bu il 3,6%, gələn il isə 3,1% səviyyəsində olacaq. Azərbaycanın inflyasiya səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdən biri kimi gözlənilir. MDB üzrə orta proqnoz isə müvafiq olaraq 5,5% və 4,6%-dir.
2025-ci ildə qlobal iqtisadi artım 2024-cü illə müqayisədə dəyişməyərək 2,8% səviyyəsində qalacaq. Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyat bir sıra çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirsə də, artım templəri pandemiyadan əvvəlki dövrdəki 3,2%-lik orta göstəricidən aşağı olaraq qalır. Bu, əsasən, zəif investisiyalar, yavaş istehsal artımı və yüksək borc yükü ilə izah edilir.
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi pl
Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir
Apple 95 milyon dollar təzminat ödəyəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiymə
"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcan
Los-Ancelesdə davam edən meşə yanğınlarında ölənlərin sayı 7 nəfər�
İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş ve
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Stressin evimizi yıxmasının yolları əsasən ailə üzvləri arasındakı m�
2025-ci il müdriklik, çevrilmə və gözlənilməz şanslar simvolu olan Yaş�
"Azadlıq niyə ziyan gətirsin? Mən sadəcə cazibədaram. Xanım var ki,
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqn