Azərbaycanda bu universitetdə nə baş verir? RƏSMİ AÇIQLAMA
Digərləri 10 Yan 2025 13:13:00 55 0
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universitet ilə bağlı yayılan kütləvi ixtisarlar həqiqəti əks etdirmir.
Bu xəbəri də oxu: Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı
Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Dövlət Universitetindən məlumat verilib.
Qeyd edilib ki, bütün dəyişikliklər Azərbaycan Respublikasının "Əmək Məcəlləsi" qanunlarına uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb.
"Əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir. İdarəetmə və struktur müasir tələblərə uyğun yenilənmişdir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr yaradılmışdır. Aparılmış islahatların nəticəsi kimi professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfə) maaşı ortalama 28%, inzibati heyətin ortalama 25%, tədris- köməkçi heyətin maaşı isə ortalama 20% artırılıb.
İslahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılmışdır. Bilik və bacarıqların qiymətləndirilməsi nəticəsində 83 SDU əməkdaşı vəzifədə irəli çəkilmiş, nəticədə onların əməkhaqları ortalama 20% artırılıb. Həmçinin yeni təyin edilən əməkdaşlar arasında Sumqayıt şəhərində yaşayanlara üstünlük verilib", - universitetdən vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar aparılması ilə bağlı məlumat yayılıb.
Bugünkü hava şəraiti migrenə meyilli insanlar üçün çətinlik yarada bil
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr
Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 4
"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti
Ən faydalı meyvə və giləmeyvələrin siyahısını Son.az sizə təqdim edi
14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliy
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini tə
Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən az
Almaniya Federal Kansleri Olaf Şolts Xarici İşlər Nazirliyi və Müdafiə Na
Ölümündən sonra donor olmaq istəyən vətəndaşların sayı 2023-cü illə
Suriyanın şimalında keçirilən əməliyyatda 20 PKK/YPG terrorçusu zərərs
Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasə
"Azərişıq" ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmm
"Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tiki