Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər
Digərləri 01 May 2023 11:56:00 258 0
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri aprel ayında bonuslardan ortalama 46 manat pul qazanıblar.
Bu xəbəri də oxu: İnsanların taleyini dəyişmək qabiliyyətinə malik yeganə BÜRC
Aprelayı ərzində Birbank-lılar ümumilikdə 5,1 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 300 000 manatı Birbank vasitəsiləkommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 270 000 manatdır. Müştərilər qazandıqları keşbekin93%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 20% artaraq, təqribən2,5 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüsta
Türkiyə ilə sərhədlərin açılmasına Ermənistanda maraq kəskin şəkild
Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşü
Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Rəhim
Heydər Əliyev Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarş
Türkiyəli məşhur aktrisa Melis Sezenin yeni sevgilisi var.
Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin i�
Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstanın müxtəlif mənb�
İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera O
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterro
Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tə