Ermənilərin tək arzusu Türkiyə ilə sərhədin açılmasıdır
Digərləri 01 May 2023 11:49:00 251 0
Türkiyə ilə sərhədlərin açılmasına Ermənistanda maraq kəskin şəkildə artmaqda davam edir. Hətta erməni mediası artıq Türkiyə ilə sərhədinin açılmasından ilkin mənfəətlərini də hesablayıb.
Bu xəbəri də oxu: İlyas İsmayılov reanimasiyaya yerləşdirildi
Son.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, "Marqara" keçid məntəqəsi vasitəsilə Türkiyəyə birbaşa yükdaşımalara başlanılması malların yolda sərf etdiyi vaxtı, yanacağın xərclərini azaldacaq və ixrac həcmini artıracaq. Üstəlik, erməni daşıyıcıları üçüncü ölkələrə tranzit üçün pul ödəməli olmayacaqlar.
"Üstünlüklər artıq göz önündədir. İrəvan-Marqara-İstanbul reysi ilə malların daşınması zamanı həm vaxt itkisinə son qoyulur, həm də yanacaq sərfiyyatı azalır. Hazırda yüklər Türkiydən Ermənistana və geriyə yüklər İrəvan-Bavra-Axalkalaki-İstanbul reysi ilə həyata keçirilir. Onun uzunluğu 1755 km-dir. İrəvan-Marqara-İstanbul reysi isə 1570 km-dir", - deyə nazirlikdən bildirilib.
Bundan əlavə, gəmiçilik şirkətləri üçüncü ölkələrə, bu halda Gürcüstana tranzit üçün pul ödəməli olmayacaqlar. Departament həmçinin iddia edir ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistan-Gürcüstan ticarətinin həcminə təsir göstərməyəcək.
Bildirilir ki, 2023-cü ildə ölkələr arasında razılaşma əldə olunub, ona əsasən Ermənistan-Türkiyə sərhədinin yay aylarında üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır. Hazırda Ermənistan tərəfi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin cari ilin yayına kimi istifadəyə verilməsi üçün texniki təchizat işləri aparır.
Azər Son.az
Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşü
Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Rəhim
Heydər Əliyev Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarş
Türkiyəli məşhur aktrisa Melis Sezenin yeni sevgilisi var.
Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin i�
Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstanın müxtəlif mənb�
İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera O
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterro
Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tə
Xəbər verdiyimiz kimi, Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xa
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının