Maddələr mübadiləsinin sürətini artırmaq üçün nə etməliyik?
Digərləri 21 Apr 2023 21:39:00 238 0
Limonlu suyun tərkibində möcüzəvi arıqlama iksiri olması fikri doğru deyil.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞyə başsağlığı verdi
Son.az xəbər verir ki, bu barədə endokrinoloq Anna Krivoşeyeva "Ura.ru"ya verdiyi müsahibədə deyib. Həkim bildirib ki, səhər limonlu su içmək sizi artıq çəkilərdən xilas etməyəcək. Bununla belə, onun aşağı kalorili olması kimi potensial faydaları var.
"Yarım limonun suyunu suya sıxsanız, hər stəkan limonlu suyun tərkibində cəmi 6 kalori var. Bu səbəbdən yüksək kalorili qazlı içkiləri və meyvə sularını limonlu su ilə əvəz etmək, ümumi kalori qəbulunun azalmasına səbəb ola və arıqlamağa kömək edə bilər", - Krivoşeeva izah edib.
Həmçinin həkimin fikrincə, bəzi tədqiqatlar göstərib ki, yeməklə birlikdə aşağı kalorili içkilər içmək qəbul edilən kalorilərin ümumi sayını azalda bilər. Limonlu suyun başqa bir faydası da budur ki, bu içki bədənin su balansını qorumağa kömək edir. Ekspert əlavə edib ki, içkinin faydalı xüsusiyyətləri əslində sudan qaynaqlanır.
"Limon hiyləsi adi suyun dadını sevməyən insanlara daha çox içməyə kömək edə bilər, lakin siz ona portağal və ya laym da əlavə edə bilərsiniz. Limon suyunun yaınız səhərlər və müəyyən temperaturda içilməsi barədə deyilənlər mifdir. Amma mədə-bağırsaq xəstəlikləri (mədə xorası, yüksək turşuluğu olan qastrit) və sitrus meyvələrinə allergiyası olan insanlar üçün bu içki xüsusilə acqarına əks göstərişdir.
Suya limon əlavə etmək, suyunuza limon dadını verəcək və bəlkə də sizi bir az daha çox içməyə vadar edəcək. Amma bu, birbaşa arıqlamağa səbəb olmayacaq. Əgər arıqlamaq istəyirsinizsə, yalnız su və limonla suyun birləşməsinə etibar etməyin. Effektiv arıqlamaq üçün balanslaşdırılmış qidalanma və müntəzəm məşq lazımdır", - həkim yekunda vurğulayıb.
Artıq çəkilərdən qurtulmağa çalışarkən başlıca məqsədlərdən biri
Yuxu zamanı orqanizm çox enerjiyə ehtiyac duymur və maddələr mübadiləsi
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən
Hər il olduğu kimi, bu il Ramazan bayramının tarixi ilə bağlı mübahisəl
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya
Kompüter, telefon və digər elektron vasitələrlə uzun müddət vaxt keçirm
Son vaxtlar bəzi yeniyetmələr energetik içkilərin aludəçisinə çevrilib.
Saratov vilayətinin Yerşov şəhərinin məktəb yeməkxanasında yoxlama zama
Amerikalı mütəxəssislər 2-ci tip şəkərli diabet riskini artıran qidalar
Daxili işlər orqanlarında yeni təyinat olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Q
Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. B12 çatışm
İstanbulun rəmzlərindən sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu