Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədrinə


Siyasət 21 Apr 2023 21:09:00 203 0

Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədrinə

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin "Rusarminfo" Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, məktubda deyilir ki, ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın dinamik inkişafı, eləcə də Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəal vasitəçilik səyləri fonunda Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin müavini Oleq Matveyçevin "Rusarminfo" Rusiya-Ermənistan İnformasiya Agentliyinin efirindəki son açıqlamaları Azərbaycanda böyük narahatlıqla qarşılanıb.

Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir. Xüsusilə təəssüf doğurur ki, belə bir "rəy" Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur.

Məktubda qeyd edilir ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O. Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim "Vahid Rusiya" Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir.

Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Spiker ümidvar olduğunu bildirib ki, bundan sonra da birgə səylərimizlə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin ruhuna zidd olan hərəkətlərin qarşısını alacağıq.

Görmə qabiliyyətini zəiflədən like
  • 21 Apr 21:04  
Digərləri Görmə qabiliyyətini zəiflədən

Kompüter, telefon və digər elektron vasitələrlə uzun müddət vaxt keçirm

arrow Ətraflı
İdmanla məşğul olmazdan əvvəl və sonra energetik içkilər qəbul etməyin like
  • 21 Apr 20:53  
Digərləri İdmanla məşğul olmazdan əvvəl və sonra energetik içkilər qəbul etməyin

Son vaxtlar bəzi yeniyetmələr energetik içkilərin aludəçisinə çevrilib.

arrow Ətraflı
Məktəbin yeməkxanasında like
  • 21 Apr 20:46  
Dünya Məktəbin yeməkxanasında

Saratov vilayətinin Yerşov şəhərinin məktəb yeməkxanasında yoxlama zama

arrow Ətraflı
Bu qidalar şəkər riskini artırır like
  • 21 Apr 20:32  
Digərləri Bu qidalar şəkər riskini artırır

Amerikalı mütəxəssislər 2-ci tip şəkərli diabet riskini artıran qidalar

arrow Ətraflı
Polis polkovnikleytenantı yeni vəzifəyə təyin edildi like
  • 21 Apr 20:26  
Digərləri Polis polkovnikleytenantı yeni vəzifəyə təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Paşinyan II Qareginə cavab verib: Əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, like
  • 21 Apr 20:20  
Dünya Paşinyan II Qareginə cavab verib: Əgər kilsənin hökumətlə münasibətləri pisdirsə,

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Q

arrow Ətraflı
A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur like
  • 21 Apr 20:15  
Digərləri A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur

Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. B12 çatışm

arrow Ətraflı
Sultan Əhməd Məscidi təmirdən sonra ibadətə açıq elan edilib like
  • 21 Apr 20:10  
Dünya Sultan Əhməd Məscidi təmirdən sonra ibadətə açıq elan edilib

İstanbulun rəmzlərindən sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu

arrow Ətraflı
Dünyanın ən faydalı 20 qidası like
  • 21 Apr 19:54  
Digərləri Dünyanın ən faydalı 20 qidası

Dünyanın ən faydalı 20 qidasının adı açıqlanıb.

arrow Ətraflı
May ayı bürclərə nə vəd edir? like
  • 21 Apr 19:47  
Digərləri May ayı bürclərə nə vəd edir?

Artıq may ayının gəlişinə sayılı günlər qalıb. Bəs görəsən, bahar

arrow Ətraflı
Depressiya və immunitet sistem arasında əlaqə aşkarlandı like
  • 21 Apr 19:43  
Digərləri Depressiya və immunitet sistem arasında əlaqə aşkarlandı

Alimlər depressiyanın immunitet sistemlə əlaqəli olduğunu açıqlayıb. 

arrow Ətraflı
Bu ölkələr Ramazan bayramını like
  • 21 Apr 19:33  
Dünya Bu ölkələr Ramazan bayramını

İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığ�

arrow Ətraflı
Aspirinin ölümcül like
  • 21 Apr 19:24  
Digərləri Aspirinin ölümcül

Aspirinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib. 

arrow Ətraflı
3 yaşlı oğlunu və anasını itirən musiqiçi: like
  • 21 Apr 19:13  
Digərləri 3 yaşlı oğlunu və anasını itirən musiqiçi:

Musiqiçi Bayram Bağırsoyun ailə üzvlərini itirdiyi qəzadan danışıb. 

arrow Ətraflı
İtirilən yaddaşı qaytara bilən like
  • 21 Apr 19:07  
Digərləri İtirilən yaddaşı qaytara bilən

Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetinin nevroloqları beyinə ya

arrow Ətraflı