İdmanla məşğul olmazdan əvvəl və sonra energetik içkilər qəbul etməyin
Digərləri 21 Apr 2023 20:53:00 238 0
Son vaxtlar bəzi yeniyetmələr energetik içkilərin aludəçisinə çevrilib. İtirilən enerjini qaytarmaq, ya da yuxusuzluqdan xilas olmaq üçün gənclər həmin içkilərə meyil salırlar.
Bu xəbəri də oxu: Əhəd Abıyevin yeni işi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova energetik içkilərin orqanizmə zərərli təsirləri barədə məlumat verərək deyib: "Tərkibində kofeinin miqdarı çox olduğundan energetik içkilər əsəbilik, yorğunluq, ciddi nevroloji problemlər, ürək döyüntüsü və mədə bulanması kimi problemlər yarada bilər. Energetik içkilərin tərkibinə əlavə edilən qatqılar orqanizmə birbaşa öz təsirini göstərir. Bəzən laqeyd yanaşaraq elə fikirləşirlər ki, həmişə içilən içkidir, indiyə qədər heç bir əlavə təsiri görünməyib. Lakin onun qəbulu tədricən orqanizmə öz fəsadını göstərə-göstərə nə vaxtsa ciddi sağlamlıq problemləri əmələ gətirir".
İdmanla məşğul olmazdan əvvəl və sonra enerji içkiləri qəbul edənlərdə ciddi aritmiyalar yaranması və ani ölüm hallarına səbəb olması baş verə bilər. Enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstəliyi olanlar mütləq ondan uzaq durmalıdırlar.
"Orqanizmdə D vitamini mənimsənilməsinə zərərli təsir göstərən əsas səbəblərdən biri energetik içkilərdir. Aparılan bəzi tədqiqatlar onun hətta genetikada da böyük rolunun olduğunu göstərir. Energetik içkilər yeniyetməlik dövründə olan uşaqların cinsi cəhətdən formalaşmasına da mənfi təsir edir", - deyə həkim-terapevt bildirib.
Saratov vilayətinin Yerşov şəhərinin məktəb yeməkxanasında yoxlama zama
Amerikalı mütəxəssislər 2-ci tip şəkərli diabet riskini artıran qidalar
Daxili işlər orqanlarında yeni təyinat olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Q
Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. B12 çatışm
İstanbulun rəmzlərindən sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu
Artıq may ayının gəlişinə sayılı günlər qalıb. Bəs görəsən, bahar
Alimlər depressiyanın immunitet sistemlə əlaqəli olduğunu açıqlayıb.
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığ�
Musiqiçi Bayram Bağırsoyun ailə üzvlərini itirdiyi qəzadan danışıb.
Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetinin nevroloqları beyinə ya
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi D�
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə