Həkim Sənan Mehdiyev əməliyyat zamanı səhvə yol verib?


Digərləri 11 Yan 2025 10:37:00 59 0

Həkim Sənan Mehdiyev əməliyyat zamanı səhvə yol verib?

Xəbər verdiyimiz kimi, burun əməliyyatı olan 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Son.az xəbər verir ki,  jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib.

O bildirib ki, bir neçə gün əvvəl ailə ilə qızlarının durumu ilə bağlı danışıb:

"Bu səhər bir çox insan məni işarələyərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim. Bu gün fərqli məlumatlarla qarşılaşdım.

Hadisənin səbəbi həkim səhvidir, yoxsa sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikası"na müraciət etdim və bildirildi ki, xəstə əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və Təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: Təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi?

Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar?".

FOTO həkim Sənan Mehdiyev

O, bildirib ki, Nəzrin Mansurovadan analizlər əməliyyatdan 35 gün əvvəl götürülüb:

"Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub - belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona "toksik şok" diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib. Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur. Bəs iki gündən sonra xəstədə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib? Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir".

Türkiyənin yeni səfiri vəzifəsinin icrasına nə vaxt başlayacaq?  RƏSMİ like
  • 11 Yan 10:34  
Siyasət Türkiyənin yeni səfiri vəzifəsinin icrasına nə vaxt başlayacaq? RƏSMİ

Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətin

arrow Ətraflı
Etibarlı avtomobil seçmək üçün 5 vacib addım like
  • 11 Yan 10:25  
Digərləri Etibarlı avtomobil seçmək üçün 5 vacib addım

Yeni və ya ikinci əl avtomobil almaq istəyirsinizsə, düzgün seçim etmək

arrow Ətraflı
Bakıda mənzillər ucuzlaşacaq like
  • 11 Yan 10:23  
Digərləri Bakıda mənzillər ucuzlaşacaq

Mənzil bazarında hissəli satış prosesi canlanacaq.

arrow Ətraflı
"Covid19 həqiqətlərini gizlətməyə məcbur edildik"  Mark etiraf etdi like
  • 11 Yan 10:20  
Dünya "Covid19 həqiqətlərini gizlətməyə məcbur edildik" Mark etiraf etdi

Meta şirkətinin baş direktoru Mark Zukerberq Covid-19 pandemiyası zamanı AB

arrow Ətraflı
Bakıda yeni park salınır like
  • 11 Yan 10:16  
Digərləri Bakıda yeni park salınır

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 11 Yan 10:13  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin İskəndərun rayonunda 3,8 bal gücündə zəlz

arrow Ətraflı
Masallıda 30 yaşlı qız zəhərlənərək öldü like
  • 11 Yan 10:10  
Digərləri Masallıda 30 yaşlı qız zəhərlənərək öldü

Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.

arrow Ətraflı
Saxta diplomlu "həkim"lərin sayı niyə artır?  "Prosesə üç dövlət qurumu nəzarət edir" like
  • 11 Yan 10:04  
Digərləri Saxta diplomlu "həkim"lərin sayı niyə artır? "Prosesə üç dövlət qurumu nəzarət edir"

Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları

arrow Ətraflı
8 dərəcə şaxta olub  FAKTİKİ HAVA like
  • 11 Yan 09:59  
Digərləri 8 dərəcə şaxta olub FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 9:00-a olan məlumatın

arrow Ətraflı
Bakının mərkəzində səkilər belə zəbt olundu like
  • 11 Yan 09:55  
Digərləri Bakının mərkəzində səkilər belə zəbt olundu

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.

arrow Ətraflı
Üç bürc bu həftə xəyanətə uğrayacaq like
  • 11 Yan 09:47  
Digərləri Üç bürc bu həftə xəyanətə uğrayacaq

Bəzən bəxt üz döndərir və ətrafımızda ən gözlənilməz anda vurmağa

arrow Ətraflı
Yeni virus nə qədər təhlükəlidir? like
  • 11 Yan 09:42  
Digərləri Yeni virus nə qədər təhlükəlidir?

Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darl

arrow Ətraflı
Bu şəxslərə də mənzillər veriləcək like
  • 11 Yan 09:27  
Digərləri Bu şəxslərə də mənzillər veriləcək

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v

arrow Ətraflı
Nuranın LosAncelesdəki oğlu və gəlini təxliyə olundu like
  • 11 Yan 09:19  
Şou-biznes Nuranın LosAncelesdəki oğlu və gəlini təxliyə olundu

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri ABŞ-nin Kaliforniya ştatının L

arrow Ətraflı