Yeni müharibə olsa, İrəvan tab gətirəcək? VOMA da qorxur


Siyasət 23 Mar 2023 22:22:00 178 0

Yeni müharibə olsa, İrəvan tab gətirəcək?  VOMA da qorxur

Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsi ilə üzərinə götürdüyü öhdəliklərin əhəmiyyətli hissəsini yerinə yetirmir və nəinki yerinə yetirmir, bundan rəsmi şəkildə imtina edir: Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasından müxtəlif manipulyasiyalarla imtina edən Ermənistan iqtidarı son vaxtlar ümumiyyətlə bu barədə öhdəliyinin olmadığını bəyan edir və bəyannamənin həmin bəndini "mübahisələndirməkdən" belə çəkinmir; Rus sülhməramlı kontingentinin yerləşməsi ilə paralel erməni silahlı birliklərinin ərazimizdən çıxarılması bəyannamədə nəzərdə tutulan müddəa olsa da, Ermənistan bunu da 2,5 ildir icra etmir. Guya rus sülhməramlıların nəzarət zonasında "erməni müdafiəçiləri" olduqlarını bildirsələr də, Azərbaycan Prezidenti İlham Əliyev 10 min erməni hərbçisinin Xankəndi və ətrafında hələ də qalmaqda davam etdiyini bildirdi. Üstəlik, Azərbaycanın 8 kəndini işğalda saxlayan, sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr uyduran Ermənistan Qarabağa iddiasından da əl çəkmir: separatçılara illik yardımı getdikcə artırır, Laçın yolunda silah daşınması üçün istifadə edir, beynəlxalq miqyasda isə Azərbaycana qarşı təbliğatını davam etdirir və s.

Bütün bunların müharibə səbəbi olacağını Ermənistan hakimiyyəti də bilir və buna görə də son günlər "eskalasiya mümkündürmü" sualı erməni mediasında və siyasi dairələrində ciddi müzakirə mövzusudur.

Son.az axar.az-a istinadən bildirir ki, növbəti belə bir sual Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti nəzarətində yerləşən ərazisində də "filialı" olan VOMA (Voxj Mnalu Arvest - Sağ qalmaq sənəti) terror qruplaşmasının rəhbəri, ilk kəşfiyyat-diversiya taborunun qurucusu olduğu bildirilən Vova Vardanova ünvanlanıb.

"Növbəti hərbi eskalasiyaya Ermənistan dözəcəkmi" sualına terrorçu "narahatlığını" bu cür ifadə edib:

"Məsələ o deyil ki, Ermənistan buna dözəcək, ya yox; məsələ odur ki, dözməlidir! Həmişə demişəm ki, səhlənkarlıq ucbatından türkün (azərbaycanlıları nəzərdə tutur - red.) bu yarışda çox irəli getməsinə imkan veririk. Hazırkı vəziyyət tənbəlliyimizin nəticəsidir. Və hər şeyi hökumətin üstünə atmayın. İndi jarqon çox işlədilir, deyirlər: atmışam rusun cibinə, baş nazirin cibinə, ya da baş nazir xalqın cibinə atıb. Mən də cibimə atıram, hamımız tənbəlik, dəvəquşu mentalitetimiz var. Biz balaca başımızı quma salırıq, böyük bir hədəf təmin edirik ki, türklər bu hədəflə nə istəyirlər, etsinlər".

O, bu istiqamətdə VOMA-nın xeyli işlər gördüyünü də bildirib.

Qeyd edək ki, VOMA Ermənistan sərhədində səngər qazır, "istinadlar" düzəldir, eyni zamanda yeniyetmələrə silahdan istifadə qaydalarını öyrədir, "təlimlər" keçir, qız uşaqlarını belə təlimlərə cəlb edir. VOMA-nın rus sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində də "təlimlər" keçdiyi haqda məlumat və görüntülər var.

"Son terrorçu zərərsizləşdirilənə qədər..." like
  • 23 Mar 22:11  
Dünya "Son terrorçu zərərsizləşdirilənə qədər..."

Türkiyə ölkə daxili və xaricində terrorla mübarizəsini son terrorçu zə

arrow Ətraflı
Avtomobil aşıb, ölən var like
  • 23 Mar 22:05  
Digərləri Avtomobil aşıb, ölən var

Bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" mark

arrow Ətraflı
Ramazan ayının ikinci gününün duası like
  • 23 Mar 21:54  
Digərləri Ramazan ayının ikinci gününün duası

Sabah Ramazan ayının ikinci günüdür.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 23 Mar 21:50  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 19 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı like
  • 23 Mar 21:44  
Digərləri Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı

Birinci Qarabağ qazisi, 1-ci qrup əlil, "Tutu" ləqəbli Rüxsarə C

arrow Ətraflı
Blinken: Ağ Ev “TikTok”u ABŞın təhlükəsizliyinə təhdid hesab edir like
  • 23 Mar 21:32  
Dünya Blinken: Ağ Ev “TikTok”u ABŞın təhlükəsizliyinə təhdid hesab edir

Ağ Ev "TikTok" sosial şəbəkəsini ölkənin milli təhlükəsizliy

arrow Ətraflı
Szinpinin səfəri ABŞı narahat edib like
  • 23 Mar 21:21  
Dünya Szinpinin səfəri ABŞı narahat edib

Çin sədri Si Szinpinin səfəri ilə Rusiyaya dəstəyin artması ABŞ-da nara

arrow Ətraflı
İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir like
  • 23 Mar 21:09  
Siyasət İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın Ermən

arrow Ətraflı
Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib like
  • 23 Mar 21:04  
Dünya Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib

Avropa İttifaqı Rusiyanın yüksək rütbəli rəsmisinin Beynəlxalq Cinayət

arrow Ətraflı
Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ like
  • 23 Mar 20:58  
Digərləri Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ

Fransız valideynlər rahat və xoşbəxt görünürlər, uşaqları ilə vaxt k

arrow Ətraflı
İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək like
  • 23 Mar 20:52  
Dünya İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.

arrow Ətraflı
Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin like
  • 23 Mar 20:46  
Digərləri Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin

İstənilən smartfon sahibi qadcetin mümkün qədər uzun müddət işləməsi

arrow Ətraflı
Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı? like
  • 23 Mar 20:41  
Digərləri Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı?

Bu gün Əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejisor Oqtay �

arrow Ətraflı