Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı


Digərləri 23 Mar 2023 21:44:00 161 0

Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı

Birinci Qarabağ qazisi, 1-ci qrup əlil, "Tutu" ləqəbli Rüxsarə Cumayeva yaşadığı evin yaxınlığında avtomobil qəzası keçirib. Son.az xəbər verir ki, bu barədə qazinin özü musavat.com-a açıqlamasında bildirib.

Xanım qazi bildirib ki, martın 15-də səhər saatlarında evdən çıxıb, taksiyə minmək istəyərkən "Toyota Pirus" markalı avtomobili tərəfindən vurulub.  Onun sözlərinə görə, sürücü hadisə yerindən qaçıb:

"Taksiyə yaxınlaşarkən, qəfil arxadan gələn "Toyota Pirius" avtomobili məni belimdən vurdu. Zərbənin təsirindən yolun ortasında huşsuz vəziyyətdə qaldım. Sürücü əvvəl maşından enərək, mənə yaxınlaşdı, daha sonra heç nə olmamış kimi tələsik avtomobilə əyləşərək uzaqlaşdı.

Ətrafdakıların köməyi ilə məni xəstəxanaya yerləşdirdilər. Məlum oldu ki, zərbə nəticəsində bel nahiyəmdə fəqərə sümüyüm sınıb".

Rüxsarə Cumayeva bildirib ki, hadisəni törədən Razi adlı şəxs artıq aşkarlanıb, lakin məsuliyyətə cəlb olunmayıb:

"Aidiyyəti orqanlar tərəfindən artıq cinayət işi açılıb. Hadisəni törədən şəxs maşını idarə edərkən telefona baxdığından qəza törətdiyini bildirib. Artıq 8 gündür ki, ağır vəziyyətdə yataq rejimində müalicə alıram. Bu müddət ərzində həmin şəxs bir dəfə də olsun vəziyyətim ilə maraqlanmayıb. Bu azmış kimi xəbər göndərib ki, "arxalıdır", kimlərinsə "tapşırığı" ilə məhkəməni öz xeyrinə həll edəcək".

Xanım qazi vəziyyətinin kritik olduğunu deyib: "8 gündür ki, yataqdayam, şiddətli ağrılara görə gündə iki dəfə ağrıkəsici qəbul edirəm. Həkimlər bildirir ki, hələ azı iki ay yataq rejimində müalicə almalıyam. Müalicələrimin xərcini də aldığım borcların sayəsində ödəyirəm.

Aidiyyəti orqanlara, o cümlədən Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa üzümü tutub xahiş edirəm, hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülsün".

Blinken: Ağ Ev “TikTok”u ABŞın təhlükəsizliyinə təhdid hesab edir like
  • 23 Mar 21:32  
Dünya Blinken: Ağ Ev “TikTok”u ABŞın təhlükəsizliyinə təhdid hesab edir

Ağ Ev "TikTok" sosial şəbəkəsini ölkənin milli təhlükəsizliy

arrow Ətraflı
Szinpinin səfəri ABŞı narahat edib like
  • 23 Mar 21:21  
Dünya Szinpinin səfəri ABŞı narahat edib

Çin sədri Si Szinpinin səfəri ilə Rusiyaya dəstəyin artması ABŞ-da nara

arrow Ətraflı
İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir like
  • 23 Mar 21:09  
Siyasət İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın Ermən

arrow Ətraflı
Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib like
  • 23 Mar 21:04  
Dünya Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib

Avropa İttifaqı Rusiyanın yüksək rütbəli rəsmisinin Beynəlxalq Cinayət

arrow Ətraflı
Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ like
  • 23 Mar 20:58  
Digərləri Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ

Fransız valideynlər rahat və xoşbəxt görünürlər, uşaqları ilə vaxt k

arrow Ətraflı
İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək like
  • 23 Mar 20:52  
Dünya İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.

arrow Ətraflı
Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin like
  • 23 Mar 20:46  
Digərləri Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin

İstənilən smartfon sahibi qadcetin mümkün qədər uzun müddət işləməsi

arrow Ətraflı
Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı? like
  • 23 Mar 20:41  
Digərləri Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı?

Bu gün Əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejisor Oqtay �

arrow Ətraflı
"Zəlzələ kahini"ndən daha bir qorxunc proqnoz  Fərqli nöqtələri göstərdi like
  • 23 Mar 20:35  
Digərləri "Zəlzələ kahini"ndən daha bir qorxunc proqnoz Fərqli nöqtələri göstərdi

Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən

arrow Ətraflı
Ən təhlükəli 4 BÜRC  Çalışın onlarla düşmənçilik etməyin like
  • 23 Mar 20:30  
Digərləri Ən təhlükəli 4 BÜRC Çalışın onlarla düşmənçilik etməyin

Ətrafınızda təhlükəli gördüyünüz insanların rəftarları astrologiya

arrow Ətraflı
Bu ölkənin parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək like
  • 23 Mar 20:18  
Dünya Bu ölkənin parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək

Çində istehsal edilən "TikTok" sosial şəbəkəsindən istifadə B

arrow Ətraflı
Putini həbs etməyəcəyik  Qulyaş like
  • 23 Mar 20:07  
Dünya Putini həbs etməyəcəyik Qulyaş

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Puti

arrow Ətraflı