Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ


Digərləri 23 Mar 2023 20:58:00 202 0

Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ

Fransız valideynlər rahat və xoşbəxt görünürlər, uşaqları ilə vaxt keçirməkdən zövq alırlar və övladlarının şıltaqlığı onları hövsələdən çıxartmır. Onlar özlərinə güvənir, uşağın tələb və istəyinə uymur, eyni zamanda qəddarlığa yol vermir, iradəli və mehriban davranırlar: "Burada mən qərar verirəm". İnanılmaz səslənsə də, uşaqlar onlara tabe olurlar, süfrəyə qoyulan yeməyi itələyib "Bunu istəmirəm" demirlər. Bəs fransızlar bunu necə bacırırlar?

Son.az oxucuları fransız tərbiyəsinin 6 qızıl prinsipi ilə tanış edir.

Sərhədlər sərtdir

Qaydalar yemək, nəzakət və ünsiyyətə aiddir. Heç bir halda uşaqların (hətta azyaşlıların) valideynlərinə qarşı çıxmalarına icazə verilmir. Masada mütləq hər şeyi dadmalısan, heç olmasa bir tikə.

1. Saat 19:00-dan sonra otağına gedə bilərsən, amma orada ürəyin istədiyin işlə məşğul olmağa icazə verilir.

2. Ana xırda-mırda oyuncaqlar almır, ancaq cib xərcliyinizlə istədiyiniz bir şeyi ala bilərsiniz. Adətən bu məbləğ uşağın yaşına uyğun verilir.

3. Evdən çıxanda paltarını dəyişməni istəyə bilərəm, amma evdə nə istəyirsən geyin.

4 sehrli söz

Fransada ən vacib 4 söz var: salam, sağ ol, təşəkkür edirəm və xahiş edirəm.

Uşaq "bonjour" deyirsə, deməli, o, artıq görməzdən gələ bilmədiyiniz bir şəxsiyyət kimi formalaşıb. Bu, kiçik bir fransız təşəbbüsüdür. Uşaq hələ danışmağı bacarmırsa, valideynlər sizinlə onun da əvəzinə salamlaşacaqlar. Əgər uşaq qəfildən hörmətsizlik etsə, nə valideynləri, nə də ətrafındakılar buna dözüm nümayiş etdirməyəcək.

Fransada uşağı danışmağa həvəsləndirirlər, amma cəfəngiyyatı dəstəkləmirlər, hətta şirin səslənsə belə. Uşaq danışmağı öyrənən kimi ona izah edirlər ki, dediyin hər şeyin məsuliyyətini daşıyırsan. Odur ki, sözü deməzdən əvvəl düşünmək lazımdır. Bunu deməyə dəyər, ya yox. Onda sizi maraqla dinləyəcəklər. Mənasız söhbətlərə isə dözümsüzdülər...

Gözləmə mədəniyyəti

Bir anlıq şıltaqlıqların qulu olmamaq üçün gözləmək, xəyal qırıqlığının öhdəsindən gəlmək və səbirli olmaq mədəniyyəti fransızlar üçün yemək və dəb qədər dəyərlidir. Valideynlər uşaqlara özlərini idarə etməyi öz timsalında öyrədirlər. Əgər balaca qız kitabları yerə səpələyibsə, anası onun yanına oturacaq və gözlərinin içinə baxaraq sakitcə deyəcək: "Biz kitabları səpmirik, diqqətlə rəflərə qoyuruq". Uşaqda hər hansı bir işə həvəs oyatmaq istəyirsinizsə, ona nümunə olun. Məsələn, "Gəl kitabları birlikdə yığıb rəfə qoyaq" deyə bilərsiniz.

Valideynlər uşağa göstərirlər ki, dünya sənin ətrafında fırlanmır. Onlar uşağın ilk çağırışında dərhal başına dolanmırlar, ancaq zəruri hallarda müşahidə və müdaxilə edirlər. Uşaq ananın diqqətini yayındırsa, eyni şəkildə reaksiya verəcək: "İndi məşğulam, amma bir neçə dəqiqədən sonra sənə qoşula bilərəm. Gözlə".

Uşağın qidalanması

Bütün fransızlar eyni vaxtda yemək yeyirlər: səhər 08:00, nahar 12:00, günorta çayı 16:00 və axşam yeməyi 20:00. Yeməklər arasında qəlyanaltılar yoxdur, buna görə də uşaqlar ac olur və yemək saatlarında yaxşı yeyirlər.

Uşaq körpəlikdən bütün həyatı boyu riayət edəcəyi rasiona alışır. Səhər yeməyində uşaqlara meyvə və içərisində isti şokolad olan kurasan təklif olunur. Naharda tərəvəz, isti və pendirli tost. Günortadan sonra qəlyanaltıda bir keks yeyə bilərsiniz, ana isə özünə bir fincan qəhvə süzəcək. Naharda ət, balıq və təzə tərəvəzlər üstünlük təşkil edir. Yeməyin yanında yalnız adi su təklif olunur.

Ailə tətilə çıxıbsa, onda heç bir məhdudiyyət yoxdur. Hər kəs istədiyini və istədiyi qədər yeyir. Ancaq valideynlər övladlarını şəxsi nümunə ilə böyütdüklərini başa düşürlər, odur ki, həmişə porsiya normanı heç vaxt aşmır.

Hər şeyi yemək lazım deyil, amma hər şeyi dadmağa dəyər. Fransızlar sakit, lakin israrlı və müntəzəm olaraq uşaqları müxtəlif dadları sınamağa, süfrə arxasında yeməkləri müzakirə etməyə dəvət edirlər. Qurmanlar belə yetişdirilir.

Erkən inkişafa "YOX"

Fransada uşaqlar arasında erkən inkişaf yarışı yoxdur: heç kim 6 aylıq uşaqları qorşoka otuzdurmağa çalışmır, heç kim iki yaşlı uşağa oxumağı və saymağı öyrətmir. Ancaq kiçik yaşlarından refleksiyanı öyrədirlər. Uşaq bağçasında belə bir tapşırıq verilə bilər: valideynlərinizlə "cəsarətin" nə olduğunu müzakirə edin. Fransızlar inanır ki, insan üçün həyatda ən vacib dəyər uşaqlıq həzzidir. Odur ki, niyə bu qızıl dövrü real həyata hazırlıq marafonuna çevirək? Uşaqların taleyini dəyişməyə çalışan valideynlərdən fərqli olaraq, fransızlar "Musiqidən daha sürətli rəqs edə bilməzsən" - deyir və uşağın təbii inkişafını sakitcə müşahidə edirlər.

Ana da, uşaq da öz həyatını yaşayır

Fransız qadınlarının əksəriyyəti analıq məzuniyyətinə getsələr də, doğuşdan sonra işdən ayrılmırlar. Analıq məzuniyyəti 3 ay davam edir, bu müddət ərzində ana hamiləlikdən əvvəlki formaya qayıdır və körpəyə bütün gecəni öz başına yatmağı öyrədir. Fransızlar hesab edirlər ki, həyatda karyera, valideynlik və şəxsi maraqlar bərabər bölünməlidir. Uşaqlar kainatın mərkəzinə çevrilməməlidirlər: bu, həm ana, həm də uşaq üçün yaxşı deyil. Bu yanaşma anaya kömək edir ki, bütün həyatını tamamilə uşağa həsr etməsin. Çünki o, yaxşı bilir ki, uşaq yetkinlik yaşına çatanda ondan ayrılacaq. Fransada uşağa görə, əbədi narahatlıq və günah hissi qəbul edilmir: "ideal ana yoxdur".

Uşağın da öz həyatı var, ona görə də balacalara doğum günlərini dostları ilə birlikdə qeyd etmələrinə icazə verirlər. Özləri isə axşama qədər iş-gücün arxasınca qaçırlar. Fransada uşaqlara tam nəzarət yoxdur. Ümumiyyətlə, fransız valideynlər üçün uşağın yaxşı və sağ-salamat olduğunu bilməsi kifayətdir.

Fransız təhsilinin özəlliyi ondadır ki, bütün ölkə bu prinsiplərlə yaşayır və valideynlər öz iddialarını sübut etməyə ehtiyac duymurlar: uşaq artıq görür ki, dünya həqiqətən də belə dönür. (publika.az)

İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək like
  • 23 Mar 20:52  
Dünya İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.

arrow Ətraflı
Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin like
  • 23 Mar 20:46  
Digərləri Telefonu "öldürən" 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin

İstənilən smartfon sahibi qadcetin mümkün qədər uzun müddət işləməsi

arrow Ətraflı
Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı? like
  • 23 Mar 20:41  
Digərləri Oqtay Əliyevin dəfnində məşhurlar nə danışdı?

Bu gün Əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejisor Oqtay �

arrow Ətraflı
"Zəlzələ kahini"ndən daha bir qorxunc proqnoz  Fərqli nöqtələri göstərdi like
  • 23 Mar 20:35  
Digərləri "Zəlzələ kahini"ndən daha bir qorxunc proqnoz Fərqli nöqtələri göstərdi

Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən

arrow Ətraflı
Ən təhlükəli 4 BÜRC  Çalışın onlarla düşmənçilik etməyin like
  • 23 Mar 20:30  
Digərləri Ən təhlükəli 4 BÜRC Çalışın onlarla düşmənçilik etməyin

Ətrafınızda təhlükəli gördüyünüz insanların rəftarları astrologiya

arrow Ətraflı
Bu ölkənin parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək like
  • 23 Mar 20:18  
Dünya Bu ölkənin parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək

Çində istehsal edilən "TikTok" sosial şəbəkəsindən istifadə B

arrow Ətraflı
Putini həbs etməyəcəyik  Qulyaş like
  • 23 Mar 20:07  
Dünya Putini həbs etməyəcəyik Qulyaş

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Puti

arrow Ətraflı
Avtomobil velosiped sürən uşaqları vurub like
  • 23 Mar 19:55  
Digərləri Avtomobil velosiped sürən uşaqları vurub

Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurub.

arrow Ətraflı
Türkiyə Finlandiyanın NATOya üzvlük müraciətini təsdiqləyib like
  • 23 Mar 19:44  
Dünya Türkiyə Finlandiyanın NATOya üzvlük müraciətini təsdiqləyib

Türkiyə parlamentinin xarici əlaqələr komitəsi Finlandiyanın NATO-ya üzv

arrow Ətraflı
Ukraynaya dörd qırıcı verildi like
  • 23 Mar 19:33  
Dünya Ukraynaya dörd qırıcı verildi

Slovakiya ötən il milli hərbi hava qüvvələrindən çıxarılan 13 ədəd M

arrow Ətraflı