Məşhur psixoloq güclü və şanslı olmağın 3 sirrini açdı
Digərləri 23 Mar 2023 19:49:00 258 0
Bu xəbəri də oxu: İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşenin cəzası
Rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovski hesab edir ki, həyatda uğur qazanmaq istəyiriksə, birinci özümüzü sevməyi və ona dəyər verməyi öyrənməliyik. Mütəxəssisin sözlərinə görə, zahiri görkəm sevgidə, cinsi əlaqədə və ətrafdakıların sizə münasibətində heç bir rol oynamır. Məsələ bundadır ki, özünüzü olduğu kimi, bəyənirsiniz, ya yox...
Son.az oxucuları psixoloqun özünəinam aşılayan və ruh yüksəkliyi yaradan fikirləri ilə tanış edir. Bu tövsiyələr sizə həyatın istənilən sahəsində daha şans və böyük uğur qazandıra bilər.
Birinci qayda
Necə göründüyünüzə, çəkinizə, çatların və ya çapıqlarınız olub-olmamasına fikir verməyin. Pəhrizlərlə özlərinə işgəncə verən, üzünə ağrılı inyeksiyalar etdirən, daha da pisi cərrahın bıçağının altına girən və bədəninin digər "qüsurları" ilə çılğıncasına mübarizə aparan milyonlarla insanlardan olmayın.
Nə üçün? Ona görə ki, hər dəqiqə cəmiyyətin onları təsdiq və qəbul etməsinə ehtiyac duyurlar. Halbuki, dostlar, xarici görünüşünüz sevgidə, cinsi əlaqədə və başqalarının sizə münasibətində heç bir rol oynamır. Görünüş subyektiv anlayışdır. Əsas sual budur ki, özünüzü bəyənirsiniz, ya yox. Yadda saxlayın ki, xarici görünüş yalnız özünüz haqqında nə hiss etdiyinizdir.
İkinci qayda
Bədəninizin sizə bəxş etdiyi hisslərə köklənin: gəzmək, rəqs etmək, toxunmaq, qoxu hiss etmək və s. Bədəniniz hər gün sizə onlarla xoş anlar bəxş edir - onları əzabla deyil, sevinclə qəbul etməyi öyrənin.
Türkiyə parlamentinin xarici əlaqələr komitəsi Finlandiyanın NATO-ya üzv
Slovakiya ötən il milli hərbi hava qüvvələrindən çıxarılan 13 ədəd M
"Oqtayın heç bir ürək xəstəliyi olmayıb. Ürəyindən əməliyyat da
Kembric imtahanlarına, OGE və Vahid Dövlət İmtahanlarına hazırlıq proqra
Dünən Saray qəsəbəsi yaxınlığında baş verən dəhşətli qəzada düny
İran Vətən Müharibəsindən əvvəl Ermənistana siyasi, hərbi və iqtisadi
Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün yol-nəqliyyat hadisəsi zamanı
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanı
"Allah verdi, Allah da aldı. Belimizi qırdı, evimizi yıxdı".