Alimlərdən valideynlərə uşaqları ilə bağlı məsləhət
Digərləri 23 Mar 2023 19:16:00 262 0
Bu xəbəri də oxu: Mərkəzi Bankın sədri kreditlərlə bağlı qərar imzaladı
Araşdırma nəticəsində müəyyən edilib ki, məktəb tapşırıqlarının birlikdə yerinə yetirilməsi uşağın qiymətlərini artırmır. Onilliklər ərzində elmi ictimaiyyət valideynlərin köməyini və ev tapşırıqlarına nəzarət olunmasını təşviq edirdi. Guya, məktəb tapşırıqlarının birgə yerinə yetirilməsi təkcə intizama deyil, həm də uşaqların qiymətlərinə müsbət təsir göstərir.
"ScienceAlert"in yazdığına görə, təəssüf ki, amerikalı alimlər yeni araşdırmada bu mifin əsassız olduğunu sübut ediblər. Bunun üçün ABŞ alimləri dövlət və özəl məktəblərinin 1-5-ci sinif şagirdlərini əhatə edən iki məlumat toplusundan istifadə ediblər. Nəticələr təhlil edilərkən valideynlərin sosial-iqtisadi vəziyyəti və təhsili də nəzərə alınıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəticələr çox təəccüblü olub - valideynlərin ev tapşırıqlarına kömək etməsi ilə uşağın riyaziyyatda və ya qiraətdə uğur qazanması arasında heç bir əlaqə tapılmayıb.
Alimlər müəyyən ediblər ki, böyüklərin və ya uşağın nə qədər ağıllı olmasından, sosial-iqtisadi vəziyyətindən və dərsliklərə nə qədər vaxt sərf edilməsindən asılı olmayaraq, bunun uşağın akademik nəticələrinə ciddi təsir göstərməsi ehtimalı çox azdır.
Daha erkən tədqiqatlarda alimlər artıq valideynlərin ev tapşırığının yerinə yetirilməsində uşağa necə kömək etmələri ilə bağlı sualı ortaya qoymuşdular. Onlar belə nəticəyə gəliblər ki, düzgün münasibət və düzgün strategiya seçdikdə böyüklər uşağa təhsilə məhəbbət aşılaya bilərlər.
Lakin məktəbdə uğur qazanmağa kömək etmək əvəzinə, əksinə ona mane ola biləcək bir çox amillər var. Məsələn, valideynlər ev tapşırığına kömək etməyi stres kimi qəbul edə bilərlər ki, bu da müəyyən gərginlik və ya təzyiq yarada bilər. Yetkinlərdə vaxtın kifayət qədər olmaması onları sadəcə olaraq tapşırıqları özbaşına yerinə yetirməyə və izahat əvəzinə cavabları təqdim etməyə gətirib çıxara bilər. Lakin alimlər bu cür yardımın uğursuzluğunun əsas səbəbini valideynlərin sadəcə olaraq müəllimlər kimi məlumatı ötürməyi bacarmadıqlarında görürlər.
Kembric imtahanlarına, OGE və Vahid Dövlət İmtahanlarına hazırlıq proqra
Dünən Saray qəsəbəsi yaxınlığında baş verən dəhşətli qəzada düny
İran Vətən Müharibəsindən əvvəl Ermənistana siyasi, hərbi və iqtisadi
Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün yol-nəqliyyat hadisəsi zamanı
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanı
"Allah verdi, Allah da aldı. Belimizi qırdı, evimizi yıxdı".
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "Kızılcık şerbeti&qu
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın
Yaponiyanın avtomobil nəhəngi "Toyota" şirkəti bu ilin sonunda d�
Aparıcı Vüsalə Əlizadə prodüser Oqtay Əliyevin efir ölüm xəbərini a�