KOBİA və bp əməkdaşlığı regionlarda gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək
Digərləri 13 Mar 2023 11:06:00 293 0
Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini müəyyən edəcəkdir.
Bu xəbəri də oxu: Zurabişili aksiyaya gəldi VİDEO
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında istifadə olunacaqdır.
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və BP arasında kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimində deyib.
O əlavə edib ki, BP 30 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət uğurlu neft strategiyasının gerçəkləşməsində daim Azərbaycanla təhlükəsiz, məsuliyyətli və səmərəli iqtisadi əməliyyatlar icra etmişdir. Eyni zamanda ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırıb.
O.Məmmədov qeyd edib ki, bu illər ərzində BP Azərbaycana yeni texnoloji tətbiqlərin gətirilməsində müstəsna rol oynayıb:
"Ölkəmizdə dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranması, on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfənin verilməsi, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verilməsi, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edilməsi kimi məsələlərdə ölkəmiz üçün ciddi töhfələr vermişdir.
Həm də BP sosial sərmayələr sahəsində ən yüksək keyfiyyətli layihələri həyata keçirmək və dayanıqlı nəticələrə nail olmaq üçün öz fəaliyyət sahələrində nisbi üstünlüyə malik olan nüfuzlu icraçı tərəfdaşlarla bir çalışır ki, bu məhz KOB subyektləridir.
Sevindirici haldır ki, KOBİA və BP şirkətinin birgə əməkdaşlığa töhfə verəcək bir sıra layihələrdə ayrı-ayrı komponentlər üzərində iştirakçılığı olub.
Qurumlarımız arasında müəyyən edilmiş tərəfdaşlıq çərçivəsi 2018-ci ilin dekabr ayında imzaladığımız Anlaşma Memorandumunda əks olundu və daha sonra bir sıra birgə təşəbbüslər üzərində çalışdıq.
Bir neçə ildir ki, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən "EY İlin İş Adamı" müsabiqəsində BP şirkəti sponsor dəstəyi ilə çıxış edir.
KOBİA startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilən sərgi və yarmarkaların təşkilində bir sıra şirkətlərlə yanaşı BP şirkəti ilə də əməkdaşlıq etmişdir.
Belə ki, sözügedən sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik əlaqələrin genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, Azərbaycanda müxtəlif dayanıqlı inkişaf təşəbbüsləri, o cümlədən aztəminatlı şəxslərin məşğulluq bacarıqlarının və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş sosial layihələrin həyata keçirilməsi, xüsusilə neft və qaz kəmərlərinin keçdiyi bölgələrdə və həmçinin ölkə miqyasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə xidmət edən sahələrdə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
BP şirkəti özəl sektorda mütərəqqi korporativ idarəetmə sisteminə malik şirkətlərdəndir. Azərbaycanda mühüm layihələrin iştirakçısı olan BP qabaqcıl texnoloji avadanlıqların tətbiqi, müxtəlif yeniliklərin həyata keçirilməsi və sosial məsuliyyət sahəsində fəal işlər aparır.
KOBİA də öz növbəsində yeni sahibkarlıq subyektlərinin yaradılması, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, xüsusilə bu meyarlar üzrə formalaşmış sahibkarların fəaliyyətinin daha səmərəli təşkili və biznesin idarə edilməsində peşəkarlıq məsuliyyətinin yüksəldilməsi məqsədilə dövlət və özəl təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir. Mandatımız donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələri əlaqələndirməyə və birgə təşəbbüsləri həyata keçirməyə imkan verir.
Biz bu əməkdaşlıq çərçivəsində ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri göstərə, habelə dövlət və özəl təşkilatların bu kimi təşəbbüslərini əlaqələndirə bilərik.
Ötən dövrdə KOBİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının icrasına dəstək göstərmişdir. Eyni zamanda, 2021-ci ildən start verilmiş "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi" layihəsi çərçivəsində İsmayıllı rayonunda 15, Astara, Lerik və Lənkəran rayonlarında isə 17 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib.
KOBİA olaraq müxtəlif dəstək mexanizmləri və xidmət şəbəkələri, o cümlədən KOB İnkişafı Mərəzləri, KOB Dostu şəbəkələri, daxili bazar araşdırmasına dəstək, qrant proqramı, bazarlara çıxışa dəstək və s. vasitəsilə KOB-lar üçün müxtəlif layihələrinin həyata keçirilməsində iştirak edirik.
Düşünürük ki, dövlət və özəl sektorunu təmsil edən tərəfdaşlar ilə birgə resursların birləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi fəaliyyətimizin nəticələrini və təsir dairəsini kəmiyyət və keyfiyyət baxımından da inkişaf etdirəcəkdir.
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında istifadə olunacaqdır.
Həm də bu Memorandum birgə təşəbbüslərin tətbiqinə əsaslanan innovativ sahibkarlığın inkişaf etdirilməsi, dəstəklənməsi və yeni biznes ideyalarının reallaşdırılması üçün daha geniş imkanlar yaradacaq.
Son.az
Regionlarda gənc sahibkarlığın və aqroturizmin inişafına dəstək məqsə
Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib.
Martın 2-si səhər saatlarında ürəktutmasından vəfat edən tanınmış il
Yollarda təhlükəli manevrlər edirlər. Digər hərəkət iştirakçıları �
Martın 12-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və m
Ukrayna və ABŞ arasında münaqişənin başa çatması və onun məqsədləri
Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və m
Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan avtomobillərin sayı s
"Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın təqri
Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar s
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüat
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�
Xalq artisti Aygün Kazımova növbəti konsertini Rusiyada verəcək.
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurmas�