KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb FOTO
Digərləri 13 Mar 2023 11:05:00 309 0
Regionlarda gənc sahibkarlığın və aqroturizmin inişafına dəstək məqsədilə iki yeni layihə həyata keçiriləcək.
Bu xəbəri də oxu: Dollarla bağlı mühüm xəbər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı martın 13-də "Bakı KOB evi"ndə keçirilmiş tədbirdə qeyd edilib ki, yeni sənəd KOBİA və bp arasında səmərəli əməkdaşlığın davamıdır. Yeni memorandum çərçivəsində KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə birgə əməkdaşlıq edəcəklər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: "KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. bp ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcəkdir. Bu əməkdaşlıq çərçivəsi həm də təcrübə kimi digər layihələrin icrasında istifadə oluna bilər. İnanırıq ki, bp ilə birgə əməkdaşlığımız kiçik və orta sahibkarlığın inkişafına, onların fəaliyyətinin genişlənməsinə öz əhəmiyyətli töfhəsini verəcəkdir".
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: "Yeni anlaşma memorandumu imzalamaqla biz yerli bizneslərin inkişafını dəstəkləmək yönümündə səylərimizi davam etdirmək niyyətindəyik. Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olmuşdur. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı imkanlar açılacaq".
Tədbir çərçivəsində KOBİA və bp-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlmləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə "Kənd İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra olunacaqdır.
Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib.
Martın 2-si səhər saatlarında ürəktutmasından vəfat edən tanınmış il
Yollarda təhlükəli manevrlər edirlər. Digər hərəkət iştirakçıları �
Martın 12-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və m
Ukrayna və ABŞ arasında münaqişənin başa çatması və onun məqsədləri
Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və m
Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan avtomobillərin sayı s
"Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın təqri
Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar s
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüat
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�
Xalq artisti Aygün Kazımova növbəti konsertini Rusiyada verəcək.
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurmas�
Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəs