İranın Qarabağa yerləşdirdiyi terrorçularla bağlı ŞOK TƏFƏRRÜAT
Digərləri 13 Mar 2023 09:43:00 327 0
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüatları bəlli olmaqdadır. Söhbət İranın Qarabağda yerləşdirdiyi terrorçu qruplarından gedir.
Bu xəbəri də oxu: Milli Hidrometeorologiya Xidməti məlumat yaydı
Son.az türk mediasına istinadən bildirir ki, İranın Suriyadakı yumşalmadan sonra terrorçu qruplaşmalarının üzvlərini Qarabağ bölgəsinə köçürməyin yeni təfərrüatları bəlli olub.
Rusiya və Avrasiya üzrə ekspert Toğrul İsmayıl bununla bağlı "Yeni akit" qəzetinə bildirib ki, onların təkcə Qarabağa deyil, eləcə də, Rusiya-Ukrayna bölgəsinə də göndəriləcəyi ehtimalı yüksəkdir. Xatırladaq ki, Türkiyə-Azərbaycan əlaqələrinin bölgədə oynadığı aktiv rola görə strateji əhəmiyyətini itirdiyini düşünən İranın Qarabağa 4 min silahlı göndərdiyi barədə mediada xəbərlər dolaşır. Özü də silahlı qruplaşma üzvlərinə düşərgələrdə PKK-çılarla ermənilər birgə təlim keçir. Onların başında isə separatçı Qarabağ rejiminin komandirlərindən olan Vazgen Sisilyan dayanır. Toğrul İsmayıl hesab edir ki, bu iddialar əvvəllər də olub:
"İran-Ermənistan münasibətləri çox isti və yaxın idi. İranın Azərbaycanla və ya regionla bağlı siyasəti Ermənistan vasitəsilə müəyyən edilir. Səbəb odur ki, şimalda güclü Azərbaycan dövlətinin qurulması arzuolunmazdır, digər tərəfdən Türkiyə-Azərbaycan ittifaqı İranın siyasətinə ziddir. Bu boş qruplardan regional münaqişələrdə istifadə İran üçün üstünlükdür. İran bunu öz ölkəsinə gətirməkdənsə, xaricdə istifadə etməyi bir fayda kimi görə bilər. Onların təkcə Qarabağa deyil, digər münaqişə zonalarına, Rusiya-Ukrayna regionuna da göndəriləcəyi ehtimalı yüksəkdir".
PKK-Ermənistan-İran münasibətləri
Təbriz Araşdırma İnstitutunun eksperti Babək Şahit isə bu hadisənin yeni olmadığını bildirib və əlavə edib ki, İranla PKK-nın, xüsusən də erməni birləşmələri arasındakı əlaqələr Suriyada vətəndaş müharibəsi başlayandan bəri davam edir: "Suriyanın şimalında yaradılmış Assuriya birliyinin "Suturo Briqadası" 2014-cü ildə YPG-dən ayrılaraq İran-Qüds Qüvvələrinə qoşulub. O zaman İranın dəstəklədiyi Ağa Petros adlı təlim-məşq toplanışı verilmişdi. Türkiyə səfirliklərinə edilən hücumların səbəbkarı da məhz Sisilyandır". Ən mühüm təşkilatın ikinci Qarabağ müharibəsində gündəmə gələn VOMA Terror Təşkilatı olduğunu vurğulanır. "Biz bilirik ki, bu VOMA düşərgələri işğal olunmuş ərazilərdədir və məsələn Tuğ kəndində düşərgə var. Bu düşərgədə İranın Qüds Qüvvələrinin dəstəyi ilə PKK-çılar və ermənilər silahlı təlim alırlar. Bu terror təşkilatının rəhbərliyinə Vova Vartanov rəhbərlik edir. Vacib məsələlərdən biri də qondarma hərbi komandir Vazgen Sisilyandır. 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücumun, daha sonra isə 1991-ci ildə Türkiyənin Budapeştdəki səfirinin öldürülməsinin səbəbkarı Livan ermənisi olan Sisilyandır. O, Livan ermənilərinə və hazırda bu terror təşkilatının oradakı hərbi təlimlərinə cavabdehdir. Biz bilirik ki, İkinci Qarabağ müharibəsi zamanı bir Ermənistan vətəndaşı İran üzərindən 300 nəfəri bu düşərgəyə apararaq ermənilərə dəstək verib".
"İddiaların 100 faiz dəqiqliyi var"
Qüds Qüvvələrinin öz daxilində təşkil etdiyi silahlı birləşmələri hərəkətə gətirmək və orada qeyri-sabitlik yaratmaqla məqsədinə çatmaq istədiyi vurğulanır. "Azərbaycan İrandan Qarabağa qanunsuz daxil olan 17 nəfəri əsir götürüb. İran bununla bağlı açıqlama verməyib. Bu iddiaların doğruluğu 100 faizdir. Bu, sadəcə iddiadan kənar sübut olunub, rəsmi qurumların həm xəbərləri, həm də açıqlamaları var".
Azər Nuriyev Son.az
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�
Xalq artisti Aygün Kazımova növbəti konsertini Rusiyada verəcək.
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurmas�
Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəs
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martı
Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları art�
Bakının Nizami rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələ
Hindistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmayacaq. Söhbət hə
Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb
Türkiyə III Liqa klubu "Kestelspor"un avtobusu qəzaya düşüb.
Bakının Suraxanı rayonunda 35 yaşlı oğlan naməlum şəraitdə bıçaqlan�