Prezident İlham Əliyevə göstərilən etimad


Siyasət 13 Mar 2023 09:24:00 288 0

Prezident İlham Əliyevə göstərilən etimad

Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurması müşahidə olunur. Hansı tərəfin qalib gələcəyini, yeni dünya nizamının planetimizin gələcəyinə necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Artıq dünya xalqları yeni nizama doğru gedən yolda bir sıra qlobal problemlərlə üzləşməyə başlayıblar. Belə problemlər sırasında dövlətlərin sərhəd təhlükəsizliyi, səhiyyə xidmətləri, iqlim problemləri, su qıtlığı, enerji və nəqliyyat dəhlizləri, ərzaq böhranı və digər məsələlər var.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda sadalanan problemlər müzakirə edilməsə, çıxış yolları axtarılmasa, əməkdaşlıq üçün platformalar formalaşdırılmasa, yeni dünya nizamı ilə bağlı təhdidlərin daha da artacağını deyə bilərik. Bu gün bölünmüş və yeni təhdidlərlə üz-üzə olan dünyanın problemlərini müzakirə etmək üçün platformanın formalaşdırılması da çətin məsələyə çevrilib. Çünki Şərq-Qərq qarşıdurması fonundan əks qütblərdə olan dövlətlərin, nüfuzlu maliyyə, iqtisadi və siyasi qurumların bir-birinə etibarı qalmayıb.

Belə bir inamsızlıq mühitində Azərbaycanın təşəbbüsləri on plana çıxır. Ona görə ki bu məsələdə hər iki qütbün etimadını qazanmağı bacarıb. Dünyanın müxtəlif yerlərində qarşıdurma içərisində olan qlobal güclər planetimizi təhdid edən problemləri müzakirə etmək üçün Bakını seçirlər. Bakıda 9-11 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu da belə seçimlər sırasındadır.

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən Forumu yuxarıda sadalanan problemlərin həllinə töhfə vermək baxımından ən uğurlu platforma hesab etmək olar. Prezident İlham Əliyev açılış mərasimində Forumun əhəmiyyəti barədə danışmışdı.

Sitat: "Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi, kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır".

Açılış mərasimindən sonra təşkil olunan panellərdə qlobal təhlükəsizliyi təhdid edən bir sıra məsələlər müzakirə olunub. Həqiqətən də X Qlobal Bakı Forumunda müzakirələr yüksək səviyyədə keçdi.

"Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri" mövzusunda keçirilən paneldə çıxış edən Norveçin keçmiş baş naziri Xyel Maqne yekunda münaqişələrin tənzimlənməsinin ən yaxşı metodunun sülh və diplomatiya olduğunu qeyd edib.

Bu məsələdə Azərbaycanın öz təcrübəsi var.

Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi dövründə problemin həlli üçün sülh və diplomatiyanı ön planda tutmuşdu. Amma qarşı tərəf Azərbaycanın sülhpərvər mövqeyinə adekvat reaksiya vermədiyi üçün münaqişəni güc yolu ilə həll edib qələbə qazandı. Forumun "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda təşkil olunan panelində də effektiv müzakirələr aparılıb.

Müzakirələr zamanı pandemiyanın fəsadlarına toxunan Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya bildirib ki, Azərbaycan COVID-19-dan ölüm səviyyəsinin aşağı olan ölkələrdəndir. Həqiqətən də Azərbaycanın koronavirusla mübarizə dövründə tətbiq etdiyi mübarizə metodu dünyaya nümunə göstərilə bilər. Avropanın ən aparıcı dövlətləri COVİD-19-la mübarizədə çıxılmaz vəziyyətə düşdüyü zamanda Azərbaycan öz modelini tətbiq edərək bu qlobal bəladan ən az ziyanla çıxmağı bacardı. Hətta Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının sədri kimi bir sıra təşəbbüslərlə çıxış edib, COVİD-19-la mübarizə aparan 80 üzv dövlətə maliyyə yardımı göstərib. Görüntüyü kimi, Azərbaycan səhiyyə xidmətləri sahəsində də cəlbedici təcrübəyə sahibdir.

Bundan başqa, "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən Forumun panel müzakirələrində Çin mövzusuna da yer ayrılıb. "Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" başlığı altında keçirilən müzakirələrdə Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Qeyd edilib ki, bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin "Bir kəmər, bir yol" layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyini bildirib. Məlumdur ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinin ən mühüm həlqələrindən biridir. Bu səbəbdən "Orta dəhliz"in mərkəzində yerləşən Azərbaycan, Çin üçün ən strateji tərəfdaşlardan sırasındadır. Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərən rəsmi Pekini Forumda Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo təmsil edib.

Paneldə çıxış edən Honqbo X Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib. Vu Honqbo bildirib ki, pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi.

Sitat: "Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm".

"Bir kəmər, bir yol" layihəsinin gündəmdə olduğu dövrdə Azərbaycan nəqliyyat və yeni enerji dəhlizlərinin formalaşdırılmasında ən fəal dövlətlər sırasındadır.

Bu baxımda Forumun panel müzakirələrindən birinin "Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu" mövzusuna həsr olunması həm Bakı, həm də maraqlı tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Paneldə Azərbaycanın Avrasiyada müasir geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı rolundan və bu xüsusda Prezident İlham Əliyevin qitələrarası inteqrasiyanı daha da genişləndərəcək yeni təşəbbüsləri və Forumun açılışında bir daha bəyan edilən strateji baxışlarından bəhs edilib.

Bildirilib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji infastrukturları və enerji dəhlizlərini şaxələndirməsini təşviq edir. Bu ehtiyacın yaranacağını əvvəlcədən proqnozlaşdıran Azərbaycan, enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması üçün mühüm addımlar atıb. Buna misal olaraq, Azərbaycan ərazisindən keçən beynəlxalq əhəmiyyətli yolları, qaz və neft kəmərlərini qeyd etmək olar.

Ümumilikdə Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Artıq Avropa rəsmiləri Azərbaycanın "köhnə qitə"i "donmaqdan" xilas etdiyini xüsusilə vurğulayırlar. Ölkəmiz Avropanın "yaşıl enerji"yə olan tələbatını ödəmək üçün də xüsusi səy göstərir. Bu məqam Böyük Britaniyanın baş naziri Rişi Sunakın X Qlobal Bakı Forumuna ünvanlanan məktubunda xüsusi vurğulayıb.

Sunak bildirib ki, bu gün Azərbaycanın "yaşıl" enerji istehsalı təşəbbüsü, Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir. "Böyük Britaniya "yaşıl enerji"yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq". Foruma olan xüsusi beynəlxalq maraq göstərir ki, Azərbaycan Çin, Böyük Britaniya və Avropanın qlobal siyasətə təsir edən digər böyük dövlətlərinin xüsusi dəstəyini qazanıb.

Qeyd edilən qlobal güclər əsk qütblərdə olsalar da, Azərbaycanla bağlı mövqeləri eynidir. Onlar Azərbaycanda əməkdaşlığı seçirlər. Ümumilikdə bu Forum Azərbaycanın "soyuq müharibə"dən sonra ən gərgin dövrünü yaşayan, parçalanmış, sağlamlıq və qida problemləri ilə üz-üzə qalan dünya ölkələrini bir araya gətirməyi bacardığını göstərir. Rəsmi Bakı bu tipli Forumların əsas təşəbbüskarı olmaqla dünya barışında oynaya biləcəyi rolu nümayiş etdirir, həmçinin öz təcrübəsini digər ölkələrlə bölüşür. Dünya gücləri Azərbaycana sivilizasiyaların toqquşduğu deyil, barışdığı, müzakirələrin aparıldığı və nəticələrin əldə olunduğu bir platforma kimi baxır.

Artıq Bakının Qafqazın siyasi Davosuna çevrildiyi rəsmi təsdiqini tapır. Bütün bunlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün hədəflərə yönəldiyini, yeni dünya nizamında Bakının təşəbbüslərinin nəzər alınacağını bir daha sübut edir. Yəqin ki, müəyyən müddətdən sonra X Qlobal Bakı Forumundakı faydalı müzakirələrin yeni dünya nizamının formalaşdırılmasına təsirinin şahidi olacağıq.

Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər like
  • 13 Mar 09:19  
Dünya Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər

Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəs

arrow Ətraflı
Sürücülərə hava şəraiti ilə bağlı like
  • 13 Mar 09:12  
Digərləri Sürücülərə hava şəraiti ilə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martı

arrow Ətraflı
Rişi Sunak Müdafiə Nazirliyinə əlavə like
  • 13 Mar 09:05  
Dünya Rişi Sunak Müdafiə Nazirliyinə əlavə

Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları art�

arrow Ətraflı
Qatar yük maşınını vurub like
  • 13 Mar 08:59  
Digərləri Qatar yük maşınını vurub

Şəkidə qatar yük maşınını vurub.

arrow Ətraflı
85 yaşlı kişi yanaraq ölüb like
  • 13 Mar 08:52  
Digərləri 85 yaşlı kişi yanaraq ölüb

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb.

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 13 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb like
  • 13 Mar 08:39  
Digərləri Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələ

arrow Ətraflı
Bakının bu yollarında like
  • 13 Mar 08:33  
Digərləri Bakının bu yollarında

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac müşahidə

arrow Ətraflı
Hindistan qorxusundan bu siyasəti yürüdür like
  • 13 Mar 08:27  
Dünya Hindistan qorxusundan bu siyasəti yürüdür

Hindistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmayacaq. Söhbət hə

arrow Ətraflı
Bakıda sürücü ürəktutmasından ölüb: like
  • 13 Mar 08:21  
Digərləri Bakıda sürücü ürəktutmasından ölüb:

Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb

arrow Ətraflı
Türkiyə klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı  FOTO like
  • 13 Mar 08:16  
Dünya Türkiyə klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı FOTO

Türkiyə III Liqa klubu "Kestelspor"un avtobusu qəzaya düşüb.

arrow Ətraflı
Bakı sakini naməlum şəraitdə bıçaqlanıb like
  • 13 Mar 08:11  
Kriminal Bakı sakini naməlum şəraitdə bıçaqlanıb

Bakının Suraxanı rayonunda 35 yaşlı oğlan naməlum şəraitdə bıçaqlan�

arrow Ətraflı
"Ən yaxşı film" nominasiyasında qalib elan edildi like
  • 13 Mar 08:06  
Digərləri "Ən yaxşı film" nominasiyasında qalib elan edildi

Den Kvan və Daniel Şaynertin "Hər şey hər yerdə və bir anda" (2

arrow Ətraflı
Bakıda avtomobil piyadanı vurub like
  • 13 Mar 07:55  
Digərləri Bakıda avtomobil piyadanı vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəs

arrow Ətraflı
Brendan Freyzer "ən yaxşı aktyor" nominasiyasında "Oskar"ı qazanıb like
  • 13 Mar 07:50  
Digərləri Brendan Freyzer "ən yaxşı aktyor" nominasiyasında "Oskar"ı qazanıb

Amerikalı Brendan Freyzer "Balina" (The Whale, 2022) filmindəki rolu

arrow Ətraflı