Azərbaycan apreldə bu kəndləri azad edə bilər
Dünya 13 Mar 2023 09:59:00 289 0
Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən, beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır. Ermənilərin qorxuları və bu qorxudan qaynaqlanan iddiaları Azərbaycanın hərbi müstəvidə addım atması ilə bağlıdır.
Bu xəbəri də oxu: Çay içərək Dəməşqi seyr etdilər
Son.az Publika.az-a istinadla xəbər verir ki, erməni siyasi fəal Avetis Babacanyan "Hraparak" nəşrində dərc olunan məqaləsində bu iddialar üzərindən müəyyən mülahizələr irəli sürür. Onun mülahizələrində əsas diqqət çəkən məqam hərbi eskalasiyanın vaxtına dair dedikləridir.
Erməni fəal iddia edir ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər.
"Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi "mövqelərə qayıdın" çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək", - erməni şərhçi yazır.
Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: "Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Göyçə və Dərələyəz istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür".
Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatlar yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır.
Avetis Babacanyan hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilər.
"Lakin Moskva da prosesə seyrçi qalacaq. Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın antirusiya siyasətindən qaynaqlanır", - erməni şərhçi bildirib.
Son.az
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüat
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�
Xalq artisti Aygün Kazımova növbəti konsertini Rusiyada verəcək.
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurmas�
Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəs
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martı
Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları art�
Bakının Nizami rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələ
Hindistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmayacaq. Söhbət hə
Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb