Vergi borcu gələndə şirkəti olduğunu öyrənən şəxs nə etməlidir?
Digərləri 23 Dek 2024 11:51:00 63 0
Son zamanlar mediada sadə şəxslərin xəbərləri olmadan şirkət sahibi olub külli miqdarda vergi borcları yığılması ilə bağlı xəbərlərə rast gəlirik.
Bu xəbəri də oxu: Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?
Hüquqi şəxslərin vergi borcu və cinayət məsuliyyətinə kim cavabdehdir?
Məsələ ilə bağlı hüquqşünas Şulan Nağıyev deyib ki, təcrübədə ən çox qarşılaşdığımız sual bundan ibarətdir ki, adıma 3 şirkət təsis ediblər, hazırda həmin şirkətlərin 100.000 manat borcu var və mənim barəmdə vergi borcunu ödəmədiyimə görə cinayət işi açılır. Cinayət məsuliyyətə cəlb bilərəmmi?
"Bu suala qısa şəkildə cavab verməli olsaq, əgər siz digər şəxsə etibarnamə vermisinizsə, hüquqlarınızı etibar etdiyiniz şəxs sizin adınıza şirkət açıb və sizin iştirakınız olmadan fəaliyyət göstəribsə, bir sözlə siz həmin şirkətə faktiki rəhbərlik etməmisinizsə məsuliyyətə cəlb olunmursuz.
Lakin, bu cavab sualın ümumi cavabıdır. Hadisələri daha detallı aydınlaşdırmaq üçün məsələnin hüquqi tərəflərinə diqqət yetirmək vacibdir.
Bu mövzunun geniş təhlili isə aşağıdakı kimidir:
Bir çox sahədə elektron xidmətlərin əhat dairə genişləndiyi kimi, hüquqi şəxslərin təsis edilməsi və idarə edilməsi sahəsində də təklif edilən elektron xidmətlərin əhatə dairəsi çox genişdir. Hətta bu sahədə elektronlaşma ele bir səviyyədədir ki, öz ünvanınızı tərk etmədən şirkət təsis edə bilər, həmin şirkətdən sahibkarlıq fəaliyyəti məqsədləriniz üçün istifadə edə bilərsiniz. Lakin, xidmətlərin bu qədər genişlənməsi bərabərində bu sahədə qanun pozmağa meyilli olan şəxslərə qanun pozuntusu üçün yeni "fürsətlər" yaradır. Hansı ki, həmin şəxslər özlərinə qurbanlar seçərək onların etibarından sui-istifadə edərək həmin şəxslərdən etibarnamələr alır və bütün prosesləri həmin şəxslərin adından icra edirlər. Ölkəmizdə yerli investisiyalı müəssisələrin təsis edilməsi tam elektronlaşdırıldığı üçün çox sadə formada 1 iş günü ərzində MMC yaradıb fəaliyyətə başlamaq mümkündür. Bu zaman bəzən hüquqi məsuliyyətlərdən xəbərsiz olan və ya bəzəndə işə düzəlmək adı ilə aldadılan vətəndaşlar digər şəxsə etibarnamə verməklə özləri bilmədən hüquqlarını etibar etdiyi şəxsə onun adına MMC təsis etmək hüququ etibar edirlər. Etibarnamə əsasında hüquqlarını etibar edən şəxsin iştirakı olmadan MMC yaratmaq və həmin şirkəti vergidən yayınmaq üçün sahibkarlıq fəaliyyətində istifadə etmək mümkündür. Bu kimi fəaliyyətlə məşğul olan şəxslər adətən təsis etdikləri müəssisələri qanuni məqsədlər üçün deyil, vergidən yayınmaq, məsuliyyətdən azad olmaq üçün edirlər. Çünki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və cinayət qanunvericiliyinə görə vergi borcuna görə bütün məsuliyyət müəssisənin rəhbərinin və ya məsul şəxsinin üzərinə olur. Bu kimi proseslər təcrübədə təkrarlandıqca sadə vətəndaşların eitbarından sui-istidə edib həmin şəxslərin adına müəssisələr açıb vergi öhdəliklərindən yayınması halları çoxaldıqca qanunvericiliyin də təkmilləşməyə ehtiyacı yaranırdı. Təcrübədə artıq "qanuni rəhbər" və "faktiki rəhbər" anlayışları formalaşmalı idi. Çünki, vergi ödəyicilərinin reyesterində "A" şəxsi şirkətin qanuni rəhbəri kimi görünsə də, araşdırma zamanı müəyyən olunur ki, həmin şəxs şirkətin yaradılmasından və ya idarə edilməsindən məlumatsızdır, faktiki olaraq bu şirkətin gəlirləri həmin şəxsə aid olmamışdır. Belə olduğu halda da, şirkətin qanuni rəhbərini vergi öhdəliyini icra etməməyə görə məsuliyyətə cəlb etmək qanunçuluq prinsiplərinə zidd olardı. Nəticədə, "faktiki rəhbər" anlayışı formalaşdı və şirkətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən şəxs sənəd üzərində vergi öhdəliyini icra etməyən şirkətlə heç bir əlaqəsi olmasa da həmin vergi öhdəliyinə cavabdehlik daşıyır və məsuliyyətə cəlb edilir".
Bəs yuxarıda qeyd edilmiş halların hüquqi əsası nədir?
"İlk növbədə diqqət yetirək ki, vergiləri ödəməmək hansı halda cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. Həmin maddənin qeyd hissəsinə nəzər saldığımız zaman isə bizə aydın olur ki, 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir.
213.1. Xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə(200.00 -500.000 manat) - cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213.3. Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda(500.000 manatdan yuxarı) törədildikdə: - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
CM-in 213-cü maddəsində qeyd edilmiş cinayətin obyekti, dövlətin maliyyə-vergi və sosial sığorta sistemininin normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir.
Obyektiv cəhəti, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını yayınmadır.
Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barə
Türkiyəli məşhur aktrisa Ezgi Şenler şəxsi həyatı ilə bağlı xoş x�
Əhməd əş-Şəraa - rəvayət və ya dastan qəhrəmanı deyil. Əsla. Amma o
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri va
Almaniyada Milad bazarına hücum edən şəxs həbs edilib.
İsrail husilərə qarşı mümkün hərbi əməliyyatlarla bağlı mövqeyini a
Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şərait
Azərbaycan Prezidenti İlham Əliyev "Valideynlərini itirmiş və validey
Xəbər verdiyimiz kimi, Suriyada 61 ildir davam edən "Bəəs" rejimi
Prezident İlham Əliyev "Dini maarifləndirmənin aktual məsələləri: �
Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli mus
Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən "
"Milyonçu?" müsabiqəsində 1 milyonluq sual açılıb.
Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi k�
Xəbər verdiyimiz kimi,ötən gecə Xırdalanda mənzildə partlayış olub, ya