TAP 2023cü ildə də qabaqcıl göstəriciləri qoruyub saxlayacaq
Digərləri 13 Mar 2023 10:10:00 314 0
"Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın təqribən 30 faizini, Yunanıstanda 20 faizini, İtaliyada isə 10 faizdən çoxunu qarşılayır", - TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə müsahibəsində deyib.
Bu xəbəri də oxu: Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
"2023-cü ildə ötən illərdə əldə etdiyimiz yüksək göstəriciləri qoruyub saxlamağı planlaşdırırıq. Təkcə 2022-ci ildə təqribən 11,5 milyard kubmetr qaz nəql etmişik, bunun təqribən 10 milyard kubmetri İtaliyanın payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 3 milyard kubmetr artıqdır. Bundan bir neçə gün əvvəl biz boru kəməri istismara verildikdən etibarən İtaliya, Yunanıstan və Bolqarıstana nəql edilmiş 20 milyard kubmetr qazla hədəfi keçmişik", - o deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar s
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüat
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�
Xalq artisti Aygün Kazımova növbəti konsertini Rusiyada verəcək.
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurmas�
Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəs
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martı
Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları art�
Bakının Nizami rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələ
Hindistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmayacaq. Söhbət hə