“Regional tərəfdaşların inkişafı” layihəsi davam edir FOTO


Digərləri 10 Mar 2023 15:59:00 273 0

“Regional tərəfdaşların inkişafı” layihəsi davam edir  FOTO

Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması önəmlidir. Bu məqsədlə 2022-ci ildən etibarən bölgələrdə "Regional tərəfdaşların inkişafı" layihəsi həyata keçirilir.

Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və sahibkarlığa başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.

KOBİA və "Marsol Group"un birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir martın 10-da Lənkəran şəhərində keçirilib. Tədbirdə Bakı şəhərindən və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat veriblər.

"Marsol Group"un direktoru Tural Mustafayev, "Kapital Bank"ın kiçik və orta sahibkarlarla iş departamentinin müdiri Nəsimi Xasıyev və "Maricel Real Estate"in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.

Tədbirin davamında "Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və "Kapital Bank"ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Regional tərəfdaşların inkişafı" layihəsi çərçivəsində ilk tədbir 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçirilib və tədbir çərçivəsində 200-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs maliyyə resurslarına çıxış imkanları barədə məlumatlandırılıb. Dövlət Məşğulluq Agentliyi, "Kapital Bank", "Maricel Astara Resort" otel və "Moon Group" layhənin tərəfdaşlarıdır. Layihənin növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Gəncədə maskalı şəxslər evə basqın edib  FOTO like
  • 10 Mar 15:54  
Kriminal Gəncədə maskalı şəxslər evə basqın edib FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikl

arrow Ətraflı
"Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür" like
  • 10 Mar 15:20  
Digərləri "Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür"

Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür.

arrow Ətraflı
Türkiyədə seçkilərin vaxtı dəqiqləşdi like
  • 10 Mar 15:16  
Digərləri Türkiyədə seçkilərin vaxtı dəqiqləşdi

Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.

arrow Ətraflı
Azərbaycanlı aparıcıdan oğlu ilə ifa...  VİDEO like
  • 10 Mar 15:10  
Şou-biznes Azərbaycanlı aparıcıdan oğlu ilə ifa... VİDEO

Aparıcı Leyla Quliyeva övladı ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb like
  • 10 Mar 14:59  
Digərləri Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb

Adambaşına düşən suyun həcminə görə, Azərbaycan ilk yüzlükdə 90-cı

arrow Ətraflı
Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb  Cozef Muskat like
  • 10 Mar 14:45  
Siyasət Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb Cozef Muskat

Qlobal Bakı Forumunun artıq strateji və qlobal aspektdə əhəmiyyəti artıb

arrow Ətraflı
Çingiz Əhmədov qız nəvəsinə ev alıb?  VİDEO like
  • 10 Mar 14:37  
Şou-biznes Çingiz Əhmədov qız nəvəsinə ev alıb? VİDEO

Əməkdar artisti Çingiz Əhmədov ötən ilin sonunda dünyaya gələn qız n�

arrow Ətraflı
"Heç vaxt, kimsə buna cəsarət edə bilməz" like
  • 10 Mar 14:26  
Digərləri "Heç vaxt, kimsə buna cəsarət edə bilməz"

Son.az xəbər verir ki, bu həftə səlahiyyəti başa çatan Ali Məhkəmənin

arrow Ətraflı
Bu, Ermənistan ordusunu gücləndirəcək like
  • 10 Mar 14:15  
Dünya Bu, Ermənistan ordusunu gücləndirəcək

Ermənistan ötən ilin dekabr ayında da Hindistandan "Konkurs-M" rak

arrow Ətraflı
Qayınatası ona görə işdən çıxarılmışdı like
  • 10 Mar 14:04  
Kriminal Qayınatası ona görə işdən çıxarılmışdı

Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bun

arrow Ətraflı
“Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb like
  • 10 Mar 14:01  
Digərləri “Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb

Mobil operator "Nar" ötən il ərzində göstərdiyi xidmətlərlə b

arrow Ətraflı
BakıAğstafa sürət qatarına biletlərin qiyməti like
  • 10 Mar 13:57  
Digərləri BakıAğstafa sürət qatarına biletlərin qiyməti

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) mart

arrow Ətraflı
Bu il Qubadlı və Zəngilanda bir neçə kəndin inşası planlaşdırılır like
  • 10 Mar 13:55  
Siyasət Bu il Qubadlı və Zəngilanda bir neçə kəndin inşası planlaşdırılır

2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunmas�

arrow Ətraflı