Bu il Qubadlı və Zəngilanda bir neçə kəndin inşası planlaşdırılır
Siyasət 10 Mar 2023 13:55:00 315 0
2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunması planlaşdırılır.
Bu xəbəri də oxu: Prezident fərman imzaladı
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Energetika Nazirliyinin enerji təminatı məsələləri üzrə işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, bu rayonlarda prioritet məsələlər ilk növbədə sosial infrastrukturun tikintisindən ibarətdir.
"Söhbət məktəb, xəstəxana və yollardan gedir", - V.Hacıyev qeyd edib.
O daha sonra Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz tamamlandığını, Zəngilan aeroportunun istismara verildiyini, həmçinin digər avtomobil yollarının inşasının davam etdiyini bildirib.
Bundan başqa, onun sözlərinə görə, Cəbrayılda 240 meqavat gücündə yarımstansiyanın tikintisi üzrə danışıqlar davam edir.
"Bir sıra digər kiçik su elektrik stansiyaları inşa edilib və təmir olunub", - V.Hacıyev deyib.
O, Zəngilanda artıq 420 nəfərin (86 ailənin) yaşadığını və əlavə köçürülmə tədbirlərinin davam etdiyini bildirib.
Son.az
"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk vəfat edib.
Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bə
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar
Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıql
Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkə
Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın ad günündə gözlənil
"Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesa
Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dad
Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs
Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov
Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.
Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulma