Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər?
Kriminal 10 Mar 2023 13:31:00 296 0
Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bədəni bağban işlədiyi Zirə qəsəbəsindəki bağ evinin hamamında aşkar edilib.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Son.az oxu.az-a istinadən bildirir ki, rəsmi qurumların verdiyi ilkin məlumata görə Vüsal Nəcəfov dəm qazından boğulub. Bağban işlədiyi evin sahibi Əli Hüseynov isə Vüsal Nəcəfovun epilepsiya tutmasından dünyasını dəyişdiyini iddia edib. Vüsal Nəcəfov 10 ilə yaxındır ki, Zirə qəsəbə sakini Əli Hüseynovun evində bağban kimi çalışırmış. Hər dəfə işləyəndən sonra evin həyətində yerləşən hamamda yuyunub, sonra evinə gedirmiş. Bu dəfə ev sahibi və ailəsi evdə olmayıb. Vüsal Nəcəfov yuyunmaq üçün hamama keçib və ondan saatlarla xəbər çıxmayıb...
Mərhumun həyat yoldaşı və yaxınları Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğunu iddia edirlər. Bizim.media-ya müraciət edən Nəsibə Mürsəlovanın iddiasına görə həyat yoldaşı Vüsal Nəcəfov öz əcəli ilə ölməyib:
"Yoldaşımı bacısına görə anası, dayısı və xalası oğlu ölümlə hədələyirdi. "Səni Türkandan yox elətdirərik, öldürərik, işimizə qarışma", - deyə təhdidlər alırdı. Vüsal bacısını düz yola çəkmək istəyirdi. Onun üçün hər şey edirdi. Amma heç bir faydası olmadı, əksinə, özü bu həyatdan getdi. Təhdidlərdən yorulmuşdu, ölən günə qədər qorxurdu". Nəsibə Mürsəlova həyat yoldaşının ölüm faktının araşdırılması ilə bağlı polis şöbəsinə müraciət etdiyini bildirib: "Dünən polis bölməsində izahat yazdım. İstəyirəm, Vüsalın ölümü diqqətlə araşdırılsın. Meyiti ekspertiza olunub, 21 gündən sonra nəticəsi məlum olacaq". Nəsibə Mürsəlovanın səlahiyyətli nümayəndəsi Vüqar Əmirov da Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğuna diqqət çəkib. O, deyib ki, bacısı Səadət Nəcəfovanın erkən yaşda və qeyri-rəsmi nikaha girməsinə etiraz edən Vüsal Nəcəfov dəfələrlə Xəzər Rayon Polis İdarəsinə müraciətlər edib və izahatları alınıb. Amma işə baxılmayıb. 14 yaşında nikaha girən, 15 yaşında isə ana olan bacısının bir övladla atılması və ortada qalması ilə barışa bilməyib: "Bacısının düz yola qayıtmasına görə mübarizə aparırdı. Anası ilə bu səbəbdən münasibətləri gərginləşmişdi. Anası Raisədən (əsl adı Raifədir), xalası oğlu Bahəddindən, Moskvada yaşayan dayısından və digər qohumlarından hədələr alırdı ki, "Səadətlə işin olmasın, onun böyüyü bizik, ərə biz vermişik və sən qarışma" deyirdilər. Vüsal ölümündən bir həftə əvvəl bacısını yanacaqdoldurma məntəqəsində dostunun maşınında görmüşdü. Yaxınlaşıb onu maşından düşürmək istəyəndə bacısı sürücüyə işarə edib və oradan uzaqlaşıblar. Həmin gün də şikayətləndi ki, bacısının hərəkətlərinə görə ailə üzvləri onu ölümlə hədələyirlər. Telefonu yoxlanılsa, yəqin ki, kimlər tərəfindən hədələndiyi ortaya çıxacaq. Vüsalın sağlığında məndən xahişi o olub ki, ona bir şey olsa, mübarizəsini mən davam etdirim". Vüqar Əmirovun sözlərinə görə Vüsal Nəcəfovun ölümü ilə bağlı iki versiyanın ortaya atılması da olayla bağlı şübhələri artırır: "Prokurorluqdan və "morq"dan bizə məlumat verildi ki, Vüsal qaz sızmasından vəfat edib. Ev sahibi Əli Hüseynov isə əminliklə deyir ki, Vüsal dəm qazından deyil, epilepsiyadan dünyasını dəyişib. O zaman sual olunur, epilepsiya xəstəsi həmin gün işə niyə çağırılır və evdə tək buraxılır? Vüsal Əlinin evində 10 ildir ki, çalışır və o, işlədiyi vaxt evdə hər zaman adam olub. Amma həmin gün Əli ailəsi ilə qonaq gedib və gecə saatlarında evə gəliblər. Evdə adam olsaydı, o, ölməzdi. Vüsal əsəbiləşəndə ürəkkeçməsi olurdu. Bəzən aylarla narahatlığı olmurdu. Dərmanını vaxtı-vaxtında qəbul edəndə isə şikayətlənməzdi". Xatırladaq ki, Türkan qəsəbə sakini Səadət Nəcəfova 2020-ci ildə 14 yaşında qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olub. Xəstəxana azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı dərhal Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Amma aidiyyəti polis bölməsi olaya heç bir reaksiya verməyib və günahkarlar cəzalandırılmayıb. Səadət Nəcəfova ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı Vüsal Nəcəfov tərəfindən döyülüb. Vüsal Nəcəfovun bacısı, anası və yaxınları ilə münasibətləri bu səbəbdən gərginləşib. Sözügedən şəxsin ölüm faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, hələ açıqlama verilməyib.
Son.az
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar
Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıql
Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkə
Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın ad günündə gözlənil
"Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesa
Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dad
Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs
Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov
Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.
Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulma
Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərl
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı F