Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU Azərbaycanlıları
Digərləri 10 Mar 2023 11:54:00 292 0
Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərlinin yoxa çıxması ilə bağlı xəbərlər gündəmi tutub. Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü gəncin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan bir xəbər çıxmadığı bildirilir. Artıq Azərbaycan XİN vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota da verib.
Bu xəbəri də oxu: VAZ2101 40 min manata satışa çıxarıldı
XİN sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı Təbrizdəki Baş Konsulluğumuza da məlumat verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib ki, araşdırma davam edir: "Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki bir yenilik yoxdur". Lakin fars molla rejimi qarşı tərəfə hər hansı bir məlumat verməyə tələsmir.
Xatırladaq ki, buna bənzər hadisə əvvəllər də yaşanıb. Azərbaycanlı şairlər İranda heç bir ittiham irəli sürülmədən həbsxanaya salınıb. Yalnız rəsmi Bakı məsələyə qarışandan sonra həmin gənclər azad edilmişdilər. Və yaxud götürək Tehrandakı səfirliyimizə edilən terror hücumunu. Terror hadisəsinin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən hər hansı bir məlumat daxil olmayıb.
İndi də bu gəncin "yoxa çıxması" təsadüfi sayıla bilməz. Bu insident sözsüz ki, mollakratiyann növbəti çirkin oyunudur: molla-fars rejimi indi də azərbaycanlıların "ovuna" çıxıb. İrandakı səfirliyimizə hücumdan sonra rejim deyəsən, bu ölkəyə gələn soydaşlarımızı potensial terrorçu gözündə görür. Bu səbəbdən də soydaşlarımız nə qədər bu ölkəyə getməsələr bir o qədər yaxşı olar. Nə qədər təəssüf doğuracaq olsa da, bu ölkəyə getməklə "casus" çıxa biləcəklərini gözlərinin önünə almalıdırlar.
Başqa bir ehtimalımıza görə, rejim bu gənci öz çirkin işlərinə cəlb etmək istəyib, o da bundan imtina edib. Bu səbəbdən də onu həbs edə bilərlər. Düzdür, bu, hələ ki ehtimal osla da, fars-molla rejimindən hər şeyi gözləmək olar. Səfirliyə terror hücumunu təşkil edib, diplomatik etik qaydaları pozan bir dövlətdən hər şeyi gözlmək olar. Müsəlman, islam dövləti olsa da, bütün dəyərlərin üstündən xətt çəkənlərdən hər bir şeyi gözləmək mümkündür.
Azər Nuriyev Son.az
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı F
Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma eht
"2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.
İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır ol
Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir. Buna gör�
Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin i
Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayis�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikm�