Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir
Siyasət 10 Mar 2023 10:57:00 319 0
Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir. Buna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı ünvanladığı videomüraciətdə deyib.
"Səhiyyə sahəsində çətinliklər hələ də qalmaqdadır. Pandemiya çox sayda ölümlərlə nəticələndi. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Əks halda gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ölkələr səhiyyəyə kifayət qədər maliyyə ayırmalıdır. Resursların səfərbər edilməsi bu problemi həll edə bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Son.az
Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin i
Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayis�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikm�
Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələ
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığını
Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründ�
Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs
ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə