Zlatko Laqumciya Azərbaycanın geosiyasi uğurlarının
Siyasət 10 Mar 2023 10:53:00 292 0
Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin inkişafı üçün mühüm olan siyasi kursun aparılmasına imkan tapıblar.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Bu barədə Trend-ə Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya X Qlobal Bakı Forumunun kuluarlarında deyib.
Z.Laqumciya bunun Azərbaycanın regiondakı geosiyasi uğurlarını izah edən mühüm amillərdən biri olduğunu qeyd edib. Keçmiş nazir Sovet İttifaqının süqutundan sonra mürəkkəb geosiyasi vəziyyətin müşahidə olunduğunu, lakin ümummilli lider Heydər Əliyevin ölkənin inkişafı üçün lazımı tədbirləri görə bildiyini əlavə edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrdə Azərbaycanın rəqabət üstünlüklərini bilərək dövlətin maraqlarının qorunmasında, xüsusən energetika və geosiyasət kontekstində onlardan yararlandığını vurğulayıb.
"Qarabağın işğaldan azad olunması və ardınca bərpası düzgün vaxtda həyata keçirilib. Siyasi rəhbərliyin müdrikliyi Azərbaycanın uğurlarını izah edən daha bir səbəbdir", - siyasətçi qeyd edib.
Müsahib həmçinin daha bir vacib faktorun Azərbaycan xalqının mədəniyyəti olduğunu qeyd edib.
"Azərbaycanlılar gücü mədəniyyətindən, mədəni mühitindən və ənənələrindən doğan böyük xalqdır. Bu, xalqa çətin vaxtlarda bir arada olmaq üçün güc verib", - keçmiş xarici işlər naziri qeyd edib. "Bunun ən parlaq nümunəsi Nizami Gəncəvidir. O Azərbaycan mədəniyyətinin və ənənələrinin təzahürüdür", - Laqumciya sonda deyib.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayis�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikm�
Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələ
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığını
Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründ�
Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs
ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə