İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib
Siyasət 10 Mar 2023 11:48:00 261 0
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Bu barədə Trend-ə özəl açıqlamasında ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
O qeyd edib ki, X Qlobal Bakı forumu hazırda dünyanın keçdiyi kritik zamanda əhəmiyyətli rol oynayır.
"Dünya hazırda bir çox ciddi problemlərlə üz-üzədir. Qlobal Bakı Forumu yalnız regionda yox, dünyada sabitliyin və sülhün təmin olmasına töhfəsini verir. Hər il təşkil edilən bu foruma bir çox dövlətlərin prezidentləri, nazirləri, böyük təşkilatların rəhbərləri gələrək öz fikirlərini, təcrübələrini bölüşürlər. Belə bir şərait, platforma çox gözəl nümunədir. İnanıram ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da yaxşılarını edəcək", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma eht
"2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.
İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır ol
Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir. Buna gör�
Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin i
Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayis�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikm�
Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələ
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2